DünyaİqtisadiyyatMuharibə

Rusiyada neft emalı kəskin azalıb: son 20 ildən çox dövrün minimumu

Ukraynanın neft emalı zavodlarına zərbələrindən sonra Rusiyada gündəlik emal həcminin təxminən yarıbayarı azaldığı bildirilir. Azalma ölkənin daxili yanacaq bazarında da hiss olunur.

Tacxeber.com xəbər verir ki, Bloomberg-in “Rystad Energy” analitik şirkətinə istinadən yaydığı hesablamalara görə, noyabrın 23-də Rusiyada gündə 2,6–2,7 milyon barel neft emal olunub. Bu, oktyabrın 30-dakı göstəricidən təxminən iki dəfə azdır və son 20 ildən artıq dövrün ən aşağı səviyyəsi kimi qiymətləndirilir.

TRT-nin məlumatına görə, noyabrın əvvəlindən xəbər yayımlananadək Rusiyanın neft emalı sənayesinə aid ən azı 18 müəssisə Ukrayna hücumlarına məruz qalıb.

Emalın azalması fonunda benzinin qiyməti də yüksəlib. Rəsmi statistikaya əsasən, 17–23 noyabrda orta pərakəndə benzin qiymətləri bir həftədə 0,5 faiz artıb. Bu, sentyabrın əvvəlindən bəri ən böyük həftəlik bahalaşma olub.

Bununla belə, bütün zərbə alan zavodlar fəaliyyətini tam dayandırmayıb: bəzi müəssisələr aşağı güclə işləyib və ya təmirdən sonra istehsalı bərpa edib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çindilli kanal Ukraynanın Krıma çıxışı barədə hücum ssenarisi yayımlayıb

admin

“Mercedes-Benz”dən könüllü ayrılanlara 422 min avroyadək ödəniş

admin

FIFA Trampa verdiyi Sülh Mükafatını ləğv edə bilər

admin