Fransanın “Le Monde” qəzeti “Deutsche Bank”dan sızdırılan sənədlərə əsasən, Trampın şirkətlərinə şübhəli ödənişlər barədə araşdırma yayımlayıb.
Tacxeber.com xəbər verir ki, noyabrın 17-də dərc olunan materialda Bakıdakı otel layihəsi ilə bağlı şirkətlərə 2015-ci ilin sentyabrınadək azı 3 milyon dollar köçürüldüyü bildirilir. Ödənişçilər “Azərbaycan pulyuyan maşını” adlandırılan şəbəkə ilə əlaqələndirilir.
Qəzetə görə, bank 2020-ci ildə əməliyyatlar barədə şübhəli fəaliyyət hesabatı təqdim edib. Bununla belə, sənəddə Trampın şəxsən şübhəli kimi göstərilmədiyi vurğulanır.
“Deutsche Bank” müştəri münasibətlərini şərh etməyib. Trampın nümayəndələri də qəzetin suallarını cavabsız qoyublar.
