FIFA ilk laureatı ABŞ Prezidenti Donald Tramp olan Sülh Mükafatının ləğvini və ya adının dəyişdirilməsini nəzərdən keçirir.
Tacxeber.com APA-nın “The New York Times”a istinadən yaydığı məlumata əsasən xəbər verir ki, qurum müvafiq komitəyə mükafatın yaradılma səbəblərini və gələcəkdə saxlanılmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb.
Qəzetə danışan üç yüksək vəzifəli futbol rəsmisinin sözlərinə görə, müzakirələrdə mükafatın ləğvi və ya yenidən adlandırılması variantları üstünlük təşkil edir.
Mənbələrdən ikisi təşəbbüsü FIFA prezidenti Canni İnfantino ilə Tramp arasındakı yaxın münasibətlərə, eləcə də gələcək laureatların kim ola biləcəyinə dair narahatlıqlarla əlaqələndirib.
FIFA Sülh Mükafatının yaradıldığını 2025-ci il noyabrın 5-də elan edib. İlk mükafat həmin il dekabrın 5-də dünya çempionatının püşkatma mərasimində Trampa təqdim olunub.
Hələlik yekun qərar açıqlanmayıb. Müzakirə mükafatın gələcək taleyi ilə bağlıdır.
