Çindilli “W_News” kanalı Ukrayna ordusunun 2027-ci ilin yaz-yay aylarında mümkün hücum istiqamətlərini göstərən infoqrafika paylaşıb. Xəritədə cənub ərazilərinin geri alınması və Krıma gedən quru dəhlizinin kəsilməsi ssenarisi təsvir olunur.
Tacxeber.com xəbər verir ki, yayılan materialda bir neçə istiqamət göstərilib. Nikolayev tərəfdən Xerson istiqamətində irəliləyiş, Dnepr çayının qarşı sahilində dayaq mövqeyi yaradılması, Zaporojye istiqamətindən isə Melitopola və Azov dənizinə çıxış nəzərdə tutulur.
Kanalın təqdim etdiyi ssenaridə əsas məqsəd Rusiyanın Krımla quru əlaqəsini kəsmək və yarımadanın Ukraynanın nəzarətinə qaytarılması üçün şərait yaratmaq kimi göstərilir.
