İqtisadiyyat

Əsl uğur hədəfə çatmaq deyil, ona daha az resursla çata bilməkdir

Dünən marketlərdən birində 18 vatlıq, ağ işıqlı, böyük ölçülü LED lampa almaq istəyirdim.

Əlimə götürəndə elə bildim ki, karton qutunun içi boşdur. Açdım ki, yox, lampa yerindədir. O qədər yüngül idi ki, hətta içi boş qutular belə bundan ağır olurdu.

Maraq güc gəldi, yanımdakı şirniyyat bölməsində tərəziyə qoydum. Cəmi 35 qram!

Az qala 20 sm hündürlüyə çatan qutu, iri lampanın özü, korpusu, içərisindəki elektron hissələr, bütün texniki detallar və karton qablaşdırması birlikdə (neft, ağac, alüminium, mis və n qədər digər xammallardan istifadə olunub) cəmi 35 qram!

Bu “35 qram” həyatın vacib bir prinsipini ifadə edir. Belə ki, əsl uğur hədəfə çatmaqdan daha çox, həmin hədəfə necə və nə qədər resurs sərf etməklə çatmaqdadır. Çünki zaman dəyişir, şərait dəyişir, hədəflər də dəyişir.

Bu gün bir hədəfə çatmaq üçün bütün imkanlar sərf edirilirsə, sabahkı hədəflərə nə ilə çatılacaq? Bəs sonrakı illərdə nə ediləcək?

Odur ki, istər insanlar olsun, istər təşkilatlar, istərsə də dövlətlər, onların əsas uğuru daha az resursla daha çox nəticə əldə etməyi bacarmaqdır. Bu halda həm mövcud hədəflərə çatılır, həm də növbəti hədəflər üçün imkanlar qalır.

Gələcək sadəcə hədəflərinə çatanların yox, həmin hədəflərə daha az resursla çata bilənlərindir.
Ona görə də bir nəticəni əldə edəndə, sual qoyulmalıdır ki, buna 35 qram resurs sərf edilib, yoxsa 35 ton?

 

Eldəniz Əmirov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan niyə özünü doyura bilmir?

redaktor

İranda qış öncəsi qaz böhranı: 11 əyalətdə çatışmazlıq xəbərdarlığı

admin

İran və İsrail: 1978-ci ildən bu günə iqtisadi güc nisbəti necə dəyişib?

redaktor