Bir neçə cəbhədə aparılan hərbi kampaniya baha başa gəlir və İsrail ordusunda bunu nəhayət etiraf ediblər.
İsrail Ordusunda (SAXAL) ehtiyatda olan hərbçilərin xidmət müddətinin ildə 58 günə qədər azaldıldığı elan olunub. Silahlı qüvvələrin nümayəndələrinin sözlərinə görə, əsgərlər illərlə mülki həyatdan və biznesdən uzaq düşürlər. Əgər insanları bundan sonra da əvvəlki həcmdə cəbhədə saxlasalar, növbəti böyük müharibə başlayana qədər orduya çağırmağa sadəcə heç kim və heç bir vəsait qalmayacaq.
Nəticə etibarilə, SAXAL rəhbərliyi ön xətdəki qoşunların sayını da azaldacaq – qismən geriçəkilmə Livan, Qəzza zolağı, Suriya və Fələstindəki cəbhələrə toxunacaq. Üstəlik, ilk işartılar artıq görünüb: bu günlərdə Livan mediası İsrail bölmələrinin bəzi rayonlardan geri çəkildiyi barədə məlumat yayıb.
İsrail ordusu artıq üç ildir ki, fasiləsiz işləyir və ehtiyatda olan hərbçilərin təminatına on milyardlarla şekel xərclənir. Buna görə də inkişaf proqramlarının maliyyələşdirilməsi və Qəzza ilə Livanda köhnəlmiş zirehli texnika ehtiyatlarının bərpası axsayır. Bundan əlavə, SAXAL-ın Baş Qərargah rəisi Eyal Zamir hələ may ayında parlamentdə həddindən artıq yüklənmədən, itkilərdən və əsgərlərin mənəvi-psixoloji vəziyyətinin pisləşməsindən şikayətlənmişdi. Ona görə də buna bənzər bir addım gözlənilən idi.
Daha maraqlısı isə odur ki, bu addım məhz İran ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda atılıb. Ya israillilər İran raketləri və Livandan açılan atəşlər şəklində “əks-zərbədən” qorxmurlar, ya da Netanyahuya bu qədər lazım olan müharibə təxirə salınır. Yaxud da quyruq yenidən iti (yəni amerikalıları) bulamağı planlaşdırır ki, o, təkbaşına dişləsin.
