Bu həftə ərzində Ukrayna körpüyə 3-cü dəfə hücum edib. İşğal edilmiş Krımın “rəhbər”i Sergey Krasnov bildirib ki, bu gecə həyata keçirilən dron hücumları üzündən körpünün dəmiryol hissəsində də hərəkət dayandırılıb. Hücum Donald Tramp və Vladimir Putin arasında keçirilən görüş ərəfəsində vurulub.
Bundan əvvəl Ukrayna körpüyə öncə dronlarla, sonra ballistik raketlə hücum etmişdi. Raket hücumu nəticəsində körpünün 220 metrlik hissəsi uçub. Hədəf nöqtəsi də planlı şəkildə seçilib. Həmin zonada körpünün altı dərin olduğu üçün gəmilərin hərəkəti üçün istifadə edilirdi. Dağıntılardan sonra gəmilərin hərəkəti də dayanıb. (Bizim Yol)
