Şençjen görüşündən 3 gün əvvəl – 15 noyabrda “USS Theodore Roosevelt” (CVN-71) aviadaşıyıcı gəmisi Hind okeanında döyüş mövqeyi tutdu. Hazırda Hind okeanında eyni zamnada ABŞ-ın 3-cü aviazərbə qrupu (AZQ) mövqe tutub. Hər AZQ-yə aviadaşıyıcı gəmidən əlavə 1-2 raket kreyseri, 2-3 esmines, 65-75 təyyarə, 14-18 helikopter, 1-2 sualtı qayıq, təchizat gəmiləri və 7500 nəfərədək heyət daxildir. Bunlardan əlavə bölgədə 2 dəniz-desant qrupu da yerləşdirilib.
İraq müharibəsindən sonra Yaxın Şərq bölgəsində ABŞ heç vaxt bu qədər hərbi qüvvə və texnika toplamamışdı.
ABŞ Çinə İranı aktivinə yazmaqla gələ bilməsə də, İran ətrafında gücünü nümayiş etdirməklə gəldi. Qələbə yoxdursa, buna guya nail olmaq gücündə olduğu barədə Çinə “mesaj” verməyə çalışır.
Məncə, son günlər bir-birinin ardınca ABŞ banklarında, aviasiyasında, Microsoft və Apple servislərində, həmçinin Milli Təhlükəsizlik Agentliyinin məxfi daxili rabitə şəbəkəsində baş verən nasazlıqlar, dayanmalar da bu görüşlə bağlı “mesajlardır”. Kim(lər)in mesajıdır – hələ bilmək olmur.
Avropanın Rusiyaya “mesajı” Krım körpüsünə zərbələr oldu. Əslində, daha çox hədəf seçmişdilər. Son 2 gündə Ukraynadan Rusiyaya 3 mindən artıq dron və raket atılıb. Amma Krım körpüsündən başqa “yağlı” nəticə əldə edə bilmədilər.
Rusiyanın görüşqabağı “mesajı” NATO-nun Ukraynadan əlavə Moldovadan və Baltik ölkələrindən də geri çəkilməsini tələb etməsi oldu.
Beləliklə, çoxdan gözlənilən danışıqlara 1 gün qaldı.
