Həyat təcrübəm , yaşım , oxuduqlarım öyrəndiklərim mənə mənəvi haqq verir ki, cəmiyyətdə baş verən belə hallara münasibət bildirim . Bəlkə hansısa fikrim, tövsiyəm kiməsə gərək olar , kimsə nə isə nəticə çıxarar, bəlkə nə vaxtsa baş verə biləcək başqa bir bədbəxt hadisənin qabağını almış olar .
Əslində təkcə bir ailənin yox , ümumilikdə indi Azərbaycan ailələrinin çoxunun yaşadığı bir problemdir . Niyə ?
Məsələ ondadır ki , min illərdən gələn milli mentalitet , sonra 70 il sovet əxlaqından sonra, son 30-35 ildə cəmiyyətə verilən şəxsi azadlıqlar bizim indiki ailə , cəmiyyət menalitetinə adekvat deyil . Bu, əsasən qadınlara bə azlıqlara aiddir . Kişilərimiz bu məsələdə əsasən nisbətən həmişə azad olublar . 30-40 il bundan yaylıqda , uzun paltatda gəzən qadınlarımız , qızlarımız indi dar , şalvar geyir , göbəyi açıq gəzir , televizora çıxıb qıçını-qıçının üstünə aşırıb az qala yanını 10 milyona göstərir , sosial şəbəkələrdə cürbəcür pozalarda şəkil paylaşır , xoşu gəlmədi tez bir zamanda ərindən boşanıb sərbəst gəzir və s və ilaxır . Cinsi azlıqlar çəkinmədən öz hüquqlarını tələb edir , ictimaiyuət qarşısına, televiziyaya, mətbusta, sosial şıbəkələrə çıxır vı s vı ilaxır. Bunları hamımız bilirik . Məsələ burasındadır ki, 30-40 il müddəti üçün bu , həddindən artıq, zamana uymayan böyük “inkişafdır” . Biz nə Fransız deyilik, nə də ingilis . Onların mentalitetinə çatmaq üçün bizə yüz illər ” lazımdır”.
Mən oğlana qətlə görə haqq qazandırmaq istəmirəm . Ancaq, bacısının açıq , saçıq şəkillərinin altında yazılan şərhləri görən oğlanın vəziyyəti dı nəzərə alınmalıdlr . Mən təsəvvür eliyirəm o oğlan məhəlləyə , dostları arasına çıxanda hansı hissləri keçirir . Bundan qaçmaq mümkün deyil , bu, bizim min illərlə formalaşan mentalitetimizdir. 30-40 ildə biz fransız ola bilmərik .
Bu məsələdə mütləq, cəmiyyətdə, ailələrdə kompromis lazımdır . Kişi qadının geyiminə, hərəkətinı müdaxilə edirsə , bunu gözardına almaq olmaz . Cavan qızlar atalarını, qardaşlarını , ərlərini düşünməlidi , xüsusən analar da az rol oynamamalıdı bu işdə. Gözardına almanın sonu belə ağır faciələrlə qurtarır .
Övladlarınızı qoruyun .
