DünyaQalmaqal

Trampın Bakı layihəsi ilə bağlı şirkətlərinə ödənişlər araşdırma mövzusu olub

“Deutsche Bank”dan sızdırılmış sənədlərə əsaslanan beynəlxalq jurnalist araşdırması Donald Trampın Bakıdakı otel layihəsi ilə əlaqəli iki şirkətin maliyyə əməliyyatlarını gündəmə gətirib.

Tacxeber.com “Le Monde”a istinadən xəbər verir ki, bankın daxili sənədlərində “DT Marks Baku” və “THC Baku Services” şirkətlərinin iştirak etdiyi bir sıra əməliyyatlar şübhəli qiymətləndirilib. Araşdırmada həmin ödənişlərin “Azərbaycan laundromatı” kimi tanınan çirkli pul şəbəkəsi ilə əlaqələri göstərilir.

Jurnalistlərin əldə etdiyi bank çıxarışına görə, “Faberlex” şirkəti 2015-ci il aprelin 28-də “THC Baku Services”ə 141 min 261 dollar 82 sent köçürüb. Araşdırmaçılar bu məbləğin bankın 2020-ci il daxili memorandumunda qeyd olunan əməliyyatla üst-üstə düşdüyünü bildirirlər.

Sənədlərdə iki şirkətlə bağlı şübhəli əməliyyat hesabatlarında ümumilikdə 3 milyon dollardan çox vəsaitin əks olunduğu göstərilir. Bununla belə, memorandumda Trampın özünün şübhəli şəxs kimi göstərilmədiyi qeyd olunur. Bankın şübhəli əməliyyat barədə hesabatı qanun pozuntusunun sübut edilməsi demək deyil.

“Deutsche Bank” belə hesabatlar barədə şərh verməsinin qanunla məhdudlaşdırıldığını bildirib. Tramp araşdırmaçıların suallarına cavab verməyib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Süni intellektlə köçürmə QALMAQALI: 160 sualdan yalnız birini səhv cavablandırdı

admin

Krım körpüsünə ağır zərbə… Həm də Maskın Starlink sistemindən istifadə etmədən

redaktor

Ukraynanın müdafiə naziri Krım körpüsü haqqında: “Biz yeni başlayırıq.”

redaktor