“Turkish Airlines”ın yükdaşıma bölməsi “Turkish Cargo” İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirdiyini açıqlayıb.
Tacxeber.com “Armenpress” agentliyinə istinadən xəbər verir ki, ilk uçuş noyabrın 15-də baş tutub.
Şirkətin məlumatına görə, yeni marşrut Türkiyə ilə Ermənistan arasında səmərəli və etibarlı yükdaşımalarını təmin etmək, həmçinin beynəlxalq logistika şəbəkəsini genişləndirmək məqsədi daşıyır.
“Turkish Airlines” 2026-cı ilin martından İstanbul–İrəvan–İstanbul istiqamətində müntəzəm sərnişin reysləri də həyata keçirir. Yük uçuşlarının tezliyi və növbəti reysin tarixi barədə yayılan məlumatda təfərrüat verilməyib.
