DünyaSiyasət

Pekin də təsdiqlədi. PUTİN, TRAMP, CİNPİN görüşəcəklər

Bu gözlənilən üçtərəfli görüşün elə bu başdan bir müsbət cəhəti var ki, Ukrayna məsələsi müzakirə predmeti olmayacaq!
Başqa nə danışacaqlar, qoyun danışsınlar. Nəyin alverini edirlər, etsinlər.

Pekin Tramp, Putin və Si Cinpinin noyabrın 19-da görüşəcəyini təsdiqləyib.
Bundan əvvəl danışıqlar barədə Vaşinqton və Moskva da məlumat vermişdi.
Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, APEC sammiti çərçivəsində keçiriləcək görüş üçtərəfli formatda olacaq.
Ağ Evin məlumatına görə, danışıqlarda müzakirə olunacaq mövzular arasında nüvə tərksilahı və İrandakı müharibə də var. ABŞ rəsmilərinin bildirdiyinə görə, Ukrayna məsələsi görüşün gündəliyinə daxil edilməyib.
Financial Times qəzetinin əldə etdiyi məxfi məlumat da bunu təsdiqləyir. Kremlə yaxın mənbə nəşrə bildirib ki, Ukrayna məsələsinin ətraflı müzakirə mövzusuna çevrilməsi ehtimalı azdır.

 

Nəriman Abdinov

Tacxeber.com

Oxşar xəbərlər

İstanbul–İrəvan arasında ilk müntəzəm yük reysi həyata keçirilib

admin

Ukrayna Rusiyada neft emalı zavoduna və yarımstansiyasına zərbə endirib

redaktor

Krım körpüsünə ardıcıl ikinci gecə hücum: hərəkət yenidən dayandırılıb

admin