HadisəKriminal

Azərbaycan sərhədində narkotik daşıyan paraşütçü saxlanılıb; İran vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana doğru uçan paraşüt tipli təyyarə aşkar edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, paraşüt bir sıra əməliyyat və hərbi tədbirlər nəticəsində zərərsizləşdirilib.

Əməliyyat zamanı ümumi çəkisi 21 kq 210 qram olan narkotik vasitələr, o cümlədən 19 kq 270 qram marixuana və 1 kq 940 qram tiryək, eləcə də tərkibində psixotrop maddələr olan 4000 ədəd M-40 metadon tableti aşkar edilərək götürülüb.

Təyyarəni idarə edən İran vətəndaşı dövlət sərhədini pozduğuna görə saxlanılıb.

Dövlət Sərhəd Xidməti qeyd edib ki, dəfələrlə xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda təyyarələrdən istifadə etməklə Azərbaycana qanunsuz narkotik daşınması halları qeydə alınıb.

Bu cür hərəkətlər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz fəaliyyət hesab olunur.

Dövlət Sərhəd Xidməti bir daha təsdiqləyib ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, bu məqsədlər üçün istifadə edilən texniki avadanlıqların və təyyarələrin zərərsizləşdirilməsi, bu cür hərəkətlərdə iştirak edən şəxslərin müəyyən edilməsi və saxlanılması üçün zəruri tədbirləri qanuni tələblərə uyğun olaraq qətiyyətlə həyata keçirməyə davam edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çexiyada yüz minlərlə insan toplaşdı, burada bizim üçün dərs nədən ibarətdir?

admin

Azərbaycan Tibb Universiteti məlumat yayıb

redaktor

Başqa qadınla tutduğu ərini 12 bıçaq zərbəsi ilə qətlə yetirən Əfsanə cəzadan azad edildi

admin