DünyaSiyasət

ABŞ Nümayəndələr Palatası Müdafiə Naziri Pit Heqsetin impiçmentinə dair qərar qəbul etmədi

ABŞ Nümayəndələr Palatası ABŞ Müdafiə naziri Pit Heqsetin impiçmentinə dair qətnaməni komitəyə göndərmək üçün səsvermə keçirib. Səsvermə müdafiə nazirinin lehinə qərar qəbul edib, yəni impiçment təşəbbüsü zəruri miqdarda səs toplamadığına görə dayandırılıb – 211 səsə qarşı 204 səs. Səsvermədə 11 demokrat, o cümlədən nümayəndə Conatan Cekson iştirak etməyib. O tıxacı gecikməsinə səbəbi kimi göstərib.

Respublikaçıların nəzarət etdiyi ABŞ Nümayəndələr Palatası çərşənbə axşamı Müdafiə naziri Heqsetə qarşı impiçment qətnaməsini komitəyə göndərmək üçün 211səsə qarşı 204 səslə səsvermə keçirib. Qətnaməni Respublikaçı nümayəndə Tomas Massi təqdim edib və o, qətnamənin komitəyə göndərilməsinə qarşı səs verən yeganə respublikaçı olub.
Hazırda Respublikaçılar Palataya nəzarət edirlər, lakin yanvarda Demokratlar həm Palatanın, həm də Senatın nəzarətini ələ alacaqlar. Bu səsvermə hazırki impiçment təşəbbüsünü yalnız təxirə salır, dayandırmır. Demokratlar nəzarəti ələ keçirdikdən sonra Heqset əsil Konqres nəzarəti ilə üzləşəcək.
Tramp səsvermədən əvvəl açıq şəkildə bildirmişdi ki, Heqset “yaxşı işləyib” və o, “onun arxasında duracaq”. Heqset özü bu impiçmenti “vətənpərvərlik” deyil, “sabotaj” adlandırıb.
Lakin maraqlı olan Massinin mövqeyidir. O, respublikaçıdır, lakin yanvarda Konqresi tərk edir – çünki Trampın dəstəklədiyi rəqibə qarşı seçkidə uduzub. Başqa sözlə, onun yenidən seçilmə qayğısı yoxdur və yanvara qədər Respublikaçılar Partiyası daxilində “tək döyüşçü” rolunda çıxış edir.

Respublikaçılara meylli olan nümayəndə Don Bekon da impiçmentə qarşı səs verib, lakin bəzi qeyd-şərtlərini bildirərək deyib ki, Respublikaçı rəhbərlik “sadəcə prezidentin möhürü ola bilməz”. Bu göstərir ki, Respublikaçıların Heqsetə dəstəyi heç də düşünüldüyü kimi möhkəm deyil.

Bu səsvermə daha çox Respublikaçıların hakimiyyəti itirməzdən əvvəl Heqsetə təqdim edə biləcəyi son “qalxan”a bənzəyir. O, 11 demokratın təsadüfən iştirak etməməsi sayəsində bu dəfə uğur qazanıb. Lakin vəziyyət yanvardan sonra dəyişəcək və Heqsetin müdafiəsi çətinləşəcək.

İran müharibəsi bütün bu məsələnin əsasında dayanır. Məlum olduğu kimi , qismən İran müharibəsi və bunun nəticəsində yanan benzin qiymətləri səbəbindən Respublikaçılar aralıq seçkilərdə itkilərə məruz qalıblar. Heqsetin müharibənin ən sərt müdafiəçisi kimi, Demokratlar hakimiyyəti rəsmən ələ keçirdikdən sonra ilk hədəfə şevriləcək şəxs olacağı heç kimdə şübhə doğurmur.

 

Alimusa İbrahimov

Tacxeber.com

Oxşar xəbərlər

Yeni yalta yalta olacaq…?

redaktor

Demokratların qələbəsi ABŞ-a nə vəd edir?

redaktor

Polis, DTX şübhəli şəxsləri niyə qətlə yetirir?

redaktor