DünyaKriminal

Polis, DTX şübhəli şəxsləri niyə qətlə yetirir?

Krakovda hərbçi geyimində olan terrorçu 9 nəfəri qətlə yetirib 2 polisi ağır yaralayır. Polislərdən biri ayağa durub ona atəş açır, amma ayaqlarından. Öldürmür, çünki terrorçunu sağ ələ keçirilməsini istəyir. Əgər cinayətdə başqa şəxslər təşkilatçı, iştirakçıdırsa onun vasitəsi ilə bunu tapmaq olar.

Yəni profesional polis yanaşması.
Bizim DXT və polis nə edir bəs? Demək olar ki, hər ay DTX , polis şübhəli şəxsi, zərərsizləşdirdi başlıqlı xəbərlər görürük. 10-15 hüquq mühafizə orqanı əməkdaşı yığışıb gedib kimisə məhəlləsində, evində güllələyib öldürürlər.

Belə hallarda şübhəli şəxs ən pis halda yaralı halda ələ keçirilməlidir ki, onu məsuliyyətə cəlb etmək mümkün olsun. Eyni zamanda da cinayətin digər iştirakçıları varsa onlar da onun vasitəsi ilə müəyyən edilsin. Bizdə isə vurub öldürürlər. Bunun 2 səbəbi var. Ya bunlar o qədər bacarıqsızdılar ki, 10-15 nəfər plan qurub şübhəli şəxsi sağ ələ keçirə bilmir. Ya da kimisə şübhəli şəxs elan edib öldürüb digər cinayətləri də onun ayağına yazırlar.

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

O, 23 il əvvəl məğlub olduğu Atatürkün cənazəsinə hörmət əlaməti olaraq ayağa qalxıb hərbi salam verdi

admin

QRU rəhbəri gizli şəkildə İsrailə gəldi: nə məlumdur?

redaktor

Faşizm düşüncəsi bütün bəşəriyyət üçün təhdiddir

redaktor