DünyaSiyasət

Demokratların qələbəsi ABŞ-a nə vəd edir?

3 noyabr aralıq seçkiləri demokratların sarsıdıcı qələbəsi ilə başa çatdı. Respublikaçıların sarsıdıcı məğlubiyyətini çoxsaylı səbəblərlə izah etmək olar. Ancaq indi bunun önəmi yoxdur. İndi cavab tapılmalı olan əsas sual Konqresin hər iki palatasında üstünlüyü ələ keçirmiş demokratların ABŞ-ı və onun öncülük etdiyi qütbü haraya sürüyəcəkləri ilə bağlıdır. Çünki, 3 noyabrda Konqresin tərkibinin dəyişməsindən daha böyük hadisə baş verib.

Respublikaçıların sarsıdıcı məğlubiyyətinə səbəb olmuş “mavi sunami” eyni zamanda “iki texnoloji monster”dan (ifadə Asif Yusifliyə məxsusdur) birinin sarsıdıcı məğlubiyyətinin əsasını qoya bilər. 3 noyabrda respublikaçıların əleyhinə səs verən seçicilər Silikon Vadisinin də əleyhinə səs verdilər.
3 noyabrda 10 ştatda keçirilən 40-dan artıq referendumda seçicilər məlumat mərkəzlərinin (data center) tikintisinin qadağan edilməsi, tutumun məhdudlaşdırılması kimi təklifləri dəstəklədilər. Nümayəndələr Palatasına seçkidə seçicilər məlumat mərkəzlərinə qarşı çıxan namizədlərə səs verdilər. İki il əvvəl Donald Trampın, İlon Maskın simasında qalib gələn Silikon Vadisi indi Demokratlar Partiyasının ifrat sol qanadına məğlub oldu. Rob Harrisonın yolu ilə gedərək “İnsanlar kapitaldan daha vacibdir” (People over capital) şüarı ilə çıxış etmək çox cəlbedicidir. Ancaq “İnsanlar texnologiyadan daha vacibdir” məntiqi ilə məlumat mərkəzlərinin (data center) tikintisinin qadağan edilməsi, tutumunun məhdudlaşdırılması ABŞ-ı sosial rifah ölkəsinə çevirməyəcək, üstəlik Çinlə rəqabətin uduzulmasına yol aça bilər.

“İki texnoloji monster”ın hansının qalib gələcəyini süni intellekt yarışında kimin qalib gəlməsi həll edəcək. “İki texnoloji monster”ın birinin məğlubiyyəti digərinin qlobal miqyasda iqtisadi və hərbi liderliyini təmin etməsinə imkan verəcək. Hələlik ABŞ ən son süni intellekt modellərinin xüsusiyyətləri, “hesablama gücü” (сomputational power) və mikroçiplərin keyfiyyəti baxımından Çindən irəlidədir.
Si Cinpin bir neçə il öncə süni intellektin inkişafını əsas milli prioritet elan edib. Ona görə də bu sahəyə böyük dövlət vəsaitləri sərf edilir. Bu vəsaitlər ilkin olaraq məlumat mərkəzləri və elektrik stansiyaları kimi ən zəruri infrastrukturun inşasına yönəlib.

Si Cinpin süni intellekt texnologiyalarına ABŞ-la rəqabət aparmaq və ya hətta onu üstələmək üçün strateji bir vasitə kimi baxır.
Ekspertlər qeyd edirlər ki, Si Cinpin hədəflərini gerçəkləşdirə bilsə mövcud dünya nizamını kökündən dəyişdirəcək. ABŞ-ın maliyyə naziri Skott Bessentin proqnozu isə daha qorxuncdur. Bessentə görə əgər Çin süni intellekt sahəsində qalib gələrsə, sabahıkı gün Amerika olmayacaq.
Donald Tramp Cozef Bayden bir-birinin tam əksi olan siyasi liderlər olsalar da, Donald Trampın 6 illik prezidentliyi (2016-2020) və (2024-2026), Cozef Baydenin 4 illik prezidentliyi (2020-2024) dövründə bir-birini tamamlayan siyasət ABŞ-ın dünyada ən güclü süni intellekt ekosistemi qurmasını təmin ediblər. ABŞ-ın ən yaxşı çip dizaynı sisteminə malik olması da Bayden və Trampın xidmətidir. ABŞ-ın daha güclü bulud infrastrukturları, daha yaxşı məlumat mərkəzləri və daha çox sayda qabaqcıl süni intellekt modellərnə malik olmasına görə də Tramp və Baydenə, ancaq əsasən Trampa minətdar olmalıdır. Bütün bunlara görə ABŞ Çinlə rəqabətdə irəlidədir.
Ancaq məlumat mərkəzlərinin məhdudlaşdırılmasına səs verən seçici və onun seçdiyi ifrat solçu konqresmenlər bütün bu uğurları məhv edə bilər.

Hələlik isə Trampın prezidentliyinin iki ilinin qalması, respublikaçıların məhkəmə hakimiyyətində daha güclü olması demokratların 3 noyabr qələbəsinin Çinin qələbəsinə çevrilməsinin qarşısnı almaq üçün yetərlidir. Ona görə də ABŞ-ın da, dünya düzənin də taleyini 2028-ci ildə keçiriləcək prezident seçkilərinin nəticəsi həll edəcək. Hansı partiyanı təmsil etməsindən asılı olmayarq ABŞ-ın 48-ci prezidenti Tramp və Baydenin ortaq siyasətinin davamçısı olsa ABŞ texnoloji rəqabətdən qalib çıxacaq. Rasional ağıl bunu tələb edir. Duyğusal toplumlar isə bir zamanlar Barak Obamanın prezident seçilməsini dünyada demokratiyanın qalib gələcəyinə inandıqları kimi indi də Abdul El-Sayedin senator seçilməsinə yeni demokratik dalğanın başlanğacı kimi baxırlar.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Polis, DTX şübhəli şəxsləri niyə qətlə yetirir?

redaktor

O, 23 il əvvəl məğlub olduğu Atatürkün cənazəsinə hörmət əlaməti olaraq ayağa qalxıb hərbi salam verdi

admin

QRU rəhbəri gizli şəkildə İsrailə gəldi: nə məlumdur?

redaktor