DünyaSiyasət

Qardaşlığın qorunması üçün ortaq milli dəyərlər önə çıxmalıdır

Xəbər verilir ki, Türkiyə cumhurbaşkanı Tayib Ərdoğan 8 noyabr Zəfər Bayramı üçün Bakıya gəlmək fikrindədir. Gəlirsə əgər, çox xoş gəlir, gəlməsi də, hər iki ölkə üçün yaxşı ola bilərdi.

Bir türk milli təəssüblü və bir də çox millətləri, həm Azərbaycan və Türkiyə qardaş xalqlarını da yaxından tanıyan şəxs kimi, Azərbaycanla Türkiyə arası problemin kökü əsasən Türkiyə tərəfdə olduğuna müşahidəmlə tam əminəm.

Xüsusən, Türkiyə içərisində, son illər həddən çox siyasi islamçılar, radikal dini təriqətlər və icmaların yaranışı və onlar tərəfdən bəslənən milyonlarla yobaz, fanatikin olması ilə Türkiyə xalqı və cəmiyyətinin xeyli hissəsi deqradativ prosesə uğramış, kədərli təəssüf ki. Bölünmə, metomarfozca başqalaşma, nifrət körükləmə, alovlandırma, anidən düşmənçilik yaratmağa meylli hala gəlmiş, çox sadə, primitiv şeylərlə manipulyasiya edilə və yönləndirilə bilən bir cəmiyyət! Azərbaycanın içində də, bu mənfi hallar var, Türkiyə qədər olmasa da… Hələ ki.

Bunun əsas mənbəyi, fikrimcə, Türkiyəlilərin zehnində əsasın qərar tutan tarixi Əməvilik, Azərbaycanlı türklərin zehnində isə əsasən, tarixi Səfəvilik siyasi radikal dini anlayışıdır.

Türkyədə (nisbətən də olsa, Azərbaycanda) belə düşüncə tərzi davam etdiyi müddətcə,
siyasi və radikal islamçılardan qurtulmadığı müddətcə, qardaş Türkiyənin cazibə mərkəzli və çox doslu olması, sevilməsi çətin ola bilər.

Belə fikirdəyəm ki, hər iki xalqın və bütün türk xalqlarının milləti ümmətdən öndə tutub, milli türk dəyərləri üzrə nəhayət ki, özünə, yoluna, həm də, amallarına qayıtmasına ehtiyac var!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ağ Ev sülhə, erməni lobbisi qarşıdurmaya? Vaşinqton–İrəvan paradoksu

redaktor

3000 metrdən yerə düşüb sağ qalan qız: Ölümdən sonra başlayan 11 günlük mübarizə

redaktor

Ərdoğanın “Azərbaycan səfəri” açıqlamasındakı ziddiyyətlər

redaktor