DünyaSiyasət

Teksas maviyə boyandı…

“Qırmızı ştat” Teksasda respublikaçılar üçün əsl drama yaşanır. Ərazisinə, əhalisinə və Ümumi Daxili Məhsulunun həcminə görə ABŞ-ın 2-ci böyük ştatı, ölkənin mühüm aqrar, neft-qaz, kimya sənayesi və maliyyə mərkəzlərindən olan bu cənub diyarında demokratlar həm qubernator, həm də senator seçkilərində qalib gəlib.

1989-cu il təvəllüdlü Ceyms Talariko (James Dell Talarico) 1988-ci ildən bəri ilk dəfə ABŞ senatoru seçkilərində demokratlara qələbə qazandırıb. O, respublikaçı rəqibi, ştat prokuroru Ken Pakstonu açıq fərqlə məğlub edib. Hyuston, Ostin, San-Antonio, Dallas və El Paso kimi böyük şəhərlərdə gənc demokrat səsləri silib-süpürüb. Ceyms Talariko siyasətə qoşulmazdan əvvəl orta məktəbdə ingilis dili müəllimi olub.

Qubernator seçkilərində isə demokrat Gina Hinohosanın (Regina İnez Hinojosa) hazırkı qubernator, 2015-ci ildən bu vəzifəni tutan Qreq Ebbottu məğlub etməsi respublikaçıların düşərgəsində dərin məyusluq yaradıb. 1990-cı ildən bəri ilk dəfə demokratlara qələbə bəxş edən 1973-cü il təvəllüdlü G.Hinohosa hüquqşünasdır. O, Teksasın ilk latinos (ispandilli) qubernatoru olacaq.

Teksasdakı “mavi sunami”də ispandilli seçicilərin tamamilə demokratlara yönəlməsi önəmli rol oynayıb. Trampçı olmayan bəzi ənənəvi respublikaçılar da demokrat namizədlərə dəstək verib. İlon Maskın axıtdığı pullar seçicilərin rəyini dəyişməyib, əksinə, daha da qıcıq yaradıb.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da “9 ballıq zəlzələ”nin episentri…

redaktor

ABŞ-də hakimiyyəti sonda yenə seçki qutusu müəyyənləşdirdi

redaktor

İsrailə sədaqət partiyaya sədaqətdən yüksək imiş!

redaktor