Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və nəzarətçilərindən şikayətçidir.
Bu barədə onun qardaşı Vüqar Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.
V.Hacıyevin sözlərinə görə, qardaşı cəzaçəkmə müəssisəsindəki qeyri-insani rəftardan şikayət edir.
O vurğulayıb ki, B.Hacıyev Penitensiar Xidmətin yeni təyin olunmuş rəisi, ədliyyə general-mayoru Sahib Rzayevə müraciət edərək nümayəndə göndərilməsini və şikayətinin araşdırılmasını istəyib.
Hələlik bu açıqlamaya Penitensiar Xidmətin yeni rəhbərliyindən və sözügedən müəssisədən münasibət almaq mümkün olmayıb.
S.Rzayev oktyabrın 27-də prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib. O, bu vəzifədə Mirsaleh Seyidovu əvəz edib.
B.Hacıyev bundan əvvəl də 6 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının pozulduğunu bildirmişdi. (Azadlıq Radiosu)
