Kriminal

Bəxtiyar Hacıyev həbsxana rəhbərliyindən və nəzarətçilərdən şikayətçidir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və nəzarətçilərindən şikayətçidir.

Bu barədə onun qardaşı Vüqar Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.

V.Hacıyevin sözlərinə görə, qardaşı cəzaçəkmə müəssisəsindəki qeyri-insani rəftardan şikayət edir.

O vurğulayıb ki, B.Hacıyev Penitensiar Xidmətin yeni təyin olunmuş rəisi, ədliyyə general-mayoru Sahib Rzayevə müraciət edərək nümayəndə göndərilməsini və şikayətinin araşdırılmasını istəyib.

Hələlik bu açıqlamaya Penitensiar Xidmətin yeni rəhbərliyindən və sözügedən müəssisədən münasibət almaq mümkün olmayıb.

S.Rzayev oktyabrın 27-də prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib. O, bu vəzifədə Mirsaleh Seyidovu əvəz edib.

B.Hacıyev bundan əvvəl də 6 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının pozulduğunu bildirmişdi. (Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan türk jurnalisti beynəlxalq axtarışa verib

redaktor

Qəhrəmanlıq ailə xoşbəxtliyinə zəmanət deyil

redaktor

Qatı dindar imiş və qadınlara nifrət edirmiş

redaktor