Avropa Enerji və Mənzil Tikintisi komissarı Dan Yorgensenin 444. hu portalına müsahibəsindən: “Avropadakı gənclər artıq valideynlərindən daha yaxşı həyat sürməyəcəklər.”
Avropada mənzil böhranı fövqəladə hala çevrilib.
Hətta normal bir qışda belə Avropada təxminən 50 milyon insan istilik xərclərini ödəməkdə çətinlik çəkir. Kimsə istilik xərclərini ödəyə bilmirsə, əslində yemək və ya donmaq arasında seçim etməli olur. Bu, qəbuledilməzdir.
Qarşıdan gələn qış bir çox Avropa vətəndaşı və müəssisəsi üçün çox çətin olacaq, çünki Avropa enerji idxalına çox asılıdır.
Nə qədər soyuq olacağını bilmirik, amma bilirik ki, daha çox yanacağa ehtiyacımız olacaq. Qlobal bazarda çatışmazlıq qiymətlərin artmasına səbəb olacaq.
Avropada qiymətləri aşağı salan amillərin çoxu [elektrikləşdirmə, bərpa olunan və nüvə enerjisindən istifadə, şəbəkənin genişləndirilməsi] realizasiyası uzun illər davam edəcək genişmiqyaslı struktur dəyişikliklərdən ibarətdir. (Yəni yaxın illərdə effektini gözləməyin.)
Tarix boyu Avropada uşaqlar ümumiyyətlə valideynlərindən daha yaxşı yaşayıblar, lakin indi bir sıra səbəblərə görə biz elə bir şəraitdəyik ki, bu baş verməyə bilər.
Mənbə: https://444.hu/2026/10/24/unios-biztos-a-444-nek-fennall-a-veszely-hogy-az-europai-fiataloknak-mar-nem-lesz-jobb-elete-mint-a-szuleiknek?utm
Problemlər artıq etiraf olunur, lakin böhrana uyğun bir həll yolu təklif edilmir. Hələlik həlli yalnız Rusiyanın sərvətlərini ələ keçirməkdə görürlər.
Avropa artıq yemək stolu üstündədir, bunlar isə hələ də əsrlərin xoş röyasından ayılmayıblar.
