DünyaSiyasət

“Oktay Saral zehniyyəti”nin doğurduğu acı nəticə

Prezident İlham Əliyevin Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlət başçılarının sammitinə getməyəcəyini, münasibətlərin hazırkı halında bunun ən doğru addım olduğunu günlər öncə həm facebook-dakı, həm də iştirak etdiyim bütün müzakirələrdə bəyan etmişəm.

Çünki Türkiyə ilə Azərbaycan arasında münasibətlərin gərilməsinə səbəb olan amillərdən heç biri ortadan qalxmayıb. Bu amillərin nədən ibarət olduğu haqqında müəyyən fikirlərim olsa da, onları indiki vəziyyətdə müzakirə mövzusuna çevirməyi doğru hesab etmədiyim üçün onlardan geniş bəhs etmək istəmirəm.
Bu vəziyyətin yaranacağını son beş ildə dəfələrlə yazmışam.

Proseslərin məhz bu istiqamətdə getdiyi son iki ildə çox aydın görünürdü. Gərginliyin üzə çıxamamasının yeganə səbəbi isə Prezidenti İlham Əliyevin səbr və təmkinlə müansibətləri düzəltməyə çalışmasının nəticəsi idi. Ancaq o da aydın görünürdü ki, Prezident İlham Əliyevin səbri daşmaq üzrədir. Dostlar, şahiddir ki, ictimai müzakirələrdə bu fikirlərimi dəfələrlə ifadə etmişəm.

Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın istefaya göndərilməsinin də müansibətlərin normallaşması üçün yetətli olmadığını da günlər öncə yazmışdım. Əslində Oktay Saralın istefaya göndərilməsi Azərbaycandan daha çox Türkiyənin özünə lazım idi. Ancaq Türkiyənin hazırkı iqtidarının insanların hiss hiss və duyğularını manipulyasiya etməsindən təsirlənənlər, məlumatsız şəxslər bunu anlaya bilməz.

Şimali Kipr Türk Respublikası Təhsil Nazirliyi ötən il Ərdoğan iqtidarının təsiri ilə orta təhsil müəssisələrində geyim qaydalarını dəyişdirib, hicaba icazə vermiş, bu isə cəmiyyətdə gərginliyə səbəb olmuşdu. Cəmiyyətin etirazlarından sonra nazirlik bu qərarını ləğv etmişdi. Bu hadisə və KKTC-nin rəhbər şəxslərinin, nüfuzlu ictimai-siyasi xadimlərinin orta təhsil müəssisələrində hicaba qadağanın bərpa edilməsini dəstəkləmərinə qarşı Ərdoğan hakimiyyəti indi Azərbaycanla müansibətdə olduğu kimi çox isterik reaksiya vermişdi. Azərbaycana qarşı ədəbsiz davranışı ilə fərqlənən Oktay Saral sosial media hesabından yaydığı açıqlamada KKTC-nin baş nazirini “boş nazir” adlandırmaqla yanaşı, Kıbrısı yunanlılıqdan xilas edə bilmədiklərini bəyan etməkdən çəkinməmişdi.

Türkiyədəki siyasi islamçıların media orqanları isə KKTC-nin prezidenti Ersin Tatarın həyat yoldaşı Sibel xanımı hədəf çevirmişdi. Siyasi islamçıların maraq və baxışlarına uyğun olmayan hər şeyi kəskin ifadələrlə hədəf almaq Türkiyəyə bir “Oktay Saral zehniyyəti”nin hakim olduğunun göstricisidir.
Türkiyəyə hakim olan “Oktay Saral zehniyyəti” anlamaq istəmir ki, türk cəmiyyətlərinin hər birinin fərqli etno-mədəni kimliyi var. Türkiyə bunu anlamayana qədər Azərbaycanla da, digər türk dövlətləri ilə münasibətlər davamlı ola bilməz. İkincisi, “Oktay Saral zehniyyəti” anlamalıdır ki, türk dövətləri Türkiyənin vilayətləri deyil, müstəqil dövlətlərdir. Müstəqil dövlətlərin də fərqli maraq və mənafeləri olur.

“Oktay Saral zehniyyəti” bunları anlamadıqca, qəbul etmədikcə Türk Dövlətləri Təşkilatı heç bir zaman gerçək birlik olmayacaq.
“Oktay Saral zehniyyəti” dünən KKTC-ni, Qazaxstanı, Qırğızısıtanı, Özbəkistanı və Türkmənistanı hədəf almışdı, bu gün Azərbaycanı hədəfə alıb. Sabah yenidən KKTC-ni, Qazaxstanı, Qırğızısıtanı, Özbəkistanı və Türkmənistanı hədəf ala bilər.
Prezident İlham Əliyevin Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlət başçılarının sammitinə getməməsi “Oktay Saral zehniyyəti”nin doğurduğu acı nəticələrdən biridir. Acıdır, ancaq gerçəklikdir və heç bir duyğusallıq bu vəziyyəti dəyişmək iqtidarında deyil.

“Oktay Saral zehniyyəti”nin nəticəsi olan Türkiyə ilə Azərbaycan arasındakı gərginliyin Azərbaycan üçün təhlükələr doğuracağı iddiası ilə cəmiyyəti qorxutmaq çox böyük səhvdir və “Oktay Saral zehniyyəti”nə bəraət qazandırmaqdır. Hər kəsi belə davranışdan çəkinməyə çağırıram.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

redaktor

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

redaktor