16 C
Bakı
29 Oktyabr 2026 20:25
DünyaSiyasət

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

Frankfurt: İran yönümlü şiə qrupları ilə radikal sol çevrələrin yaxınlaşması

Əvvəlki yazımızda Türkiyə mənşəli Muhammed Avcı şəbəkəsindən, onun Almaniya və Niderlanddakı dini mərkəzlərindən bəhs etmişdik. Bu dəfə həmin şəbəkələrin siyasi fəaliyyətində mühüm yer tutan Frankfurt şəhərinə nəzər salaq.

Frankfurtda 2015-ci ildən bəri İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin təsis etdiyi Əl-Qüds günü ilə bağlı yürüşlər keçirilir. Almaniyanın Hessen əyalətinin Konstitusiyanı Müdafiə İdarəsi bildirir ki, bu aksiyalar müntəzəm olaraq İran hakimiyyətinə ideoloji yaxınlığı olan şəxslər tərəfindən təşkil edilib. Nümayişlərdə İranın dini-siyasi rəhbərlərinin portretləri və İsrail əleyhinə şüarlar qeydə alınıb.

Uzun illər bu yürüşlərin təşkilində Offenbachdakı Ehlibeyt İslam Mərkəzi və Türkiyə mənşəli Muhammed Avcı şəbəkəsi mühüm rol oynayıb. Lakin 2026-cı ildə diqqətçəkən dəyişiklik baş verib.

14 mart 2026-cı ildə Frankfurtda keçirilən nümayişə Migrantifa Rhein-Main adlı solçu qrup çağırış edib. Təxminən 300 nəfərin iştirak etdiyi aksiyada Fələstin və İranla həmrəylik şüarları səsləndirilib. Əvvəlki yürüşlərin təşkilatçısı olan Ehlibeyt şəbəkəsi bu dəfə ayrıca aksiya keçirməyib.

Almaniyanın democ və American Jewish Committee Berlin təşkilatlarının oktyabr hesabatına görə, bəzi antiimperialist solçu fəallar nümayişin təşkilində və iştirakçıların səfərbər edilməsində əsas vəzifələr götürüblər. Araşdırmada Kommunistische Organisation (KO) adlı təşkilatın fəallarının bu yaxınlaşmada xüsusi rol oynadığı bildirilir.

Burada diqqətçəkən siyasi ziddiyyət var: dünyəvi və solçu ideologiyanı müdafiə edən bəzi qruplar dini hakimiyyətə əsaslanan İran İslam Respublikasına yaxın çevrələrlə ortaq aksiyalarda iştirak edirlər. Araşdırma müəllifləri bu yaxınlaşmanı antiİsrail və antiQərb mövqeləri ilə izah edirlər.

Növbəti hissədə: Bu şəbəkələrin Almaniyadan kənara — xüsusilə Niderland, Belçika və Böyük Britaniyaya uzanan əlaqələrini, dini mərkəzlərini və maliyyə məsələlərini araşdıracağıq…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahudan dünyaya demokratiya dərsi

redaktor

İsraildəki seçkilər: Netanyahunun ehtimal gedişləri. Ərəb seçicisini uğuru

redaktor

Dövlətin suverenliyinə təhlükə: kiçiklik sindromunun daşıyıcıları

redaktor