17 C
Bakı
27 Oktyabr 2026 10:39
CəmiyyətDünya

İstanbulda Azərbaycana girişi qadağan edilmiş Məhəmməd Əmin Yıldırım saxlanılıb

Cumhuriyet-in məlumatına görə, İstanbulda Köklü Değişim Medya media qrupunun təmsilçisi Məhəmməd Əmin Yıldırım saxlanılıb.
⠀
Qeyd olunur ki, Yıldırım sosial şəbəkələrdəki paylaşımlarına görə İstanbul polisi tərəfindən saxlanılıb. Onun saxlanılmasına səbəb olan paylaşımlar barədə təfərrüatlar açıqlanmır. Hüquq-mühafizə orqanları da saxlanılmanın səbəbini bildirməyib.
⠀
Daha əvvəl Azərbaycan Türkiyənin 31 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib. Azərbaycan XİN-in bəyanatında bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə yayılan, Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş, hakimiyyətin zorakılıqla dəyişdirilməsinə, eləcə də dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına çağıran bəyanatlar nəzərə alınaraq Türkiyə Respublikasının 31 vətəndaşı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxs” elan edilib və onların Azərbaycan Respublikasının ərazisinə girişi qadağan olunub.
⠀
Onların arasında Məhəmməd Əmin Yıldırım da var.

⠀
Elçin Alıoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan QHT-ləri Pezeshkianı İranda Azərbaycan dilində təhsili tətbiq etməyə çağırıb

redaktor

Hitlerin saxta gündəliklərini hazırlayıb “Stern” jurnalına satan Konrad Kuyau

admin

Benyamin Netanyahunun sabahkı seçkilərdən sonra da baş nazir qalma şansı var

redaktor