17 C
Bakı
26 Oktyabr 2026 13:36
DünyaSiyasət

Trampın Ukrayna siyasətinin arxasında nə dayanır?

Tramp üçün Ukraynanın nə qədər torpaq itirməsinin heç bir əhəmiyyəti yoxdur – təki qalan hissə ABŞ-ın siyasi orbitində qalsın. Buna görə də Tramp hakimiyyətə gələn kimi müharibəni dayandırmaq və atəşkəsə nail olmaq istəyirdi. ABŞ-a resurslarını Avropadan çıxartmaq, onları Yaxın Şərq və Çin istiqamətinə toplamaq lazım idi. Bu istiqamətdə problemlərini həll etdikdən sonra yenidən Ukraynaya qayıdıb, münaqişənin “donunu” aça bilərdi.

Lakin belə yanaşma Britaniyaya (onun təhriki ilə Aİ-yə) və deməli, Ukraynaya sərf etmirdi. Britaniyaya Ukrayna bir müstəmləkə dövlət kimi lazım deyil (hərçənd Trampın ABŞ-ı Britaniyanı itələyərək, bu müstəmləkədə həlledici paya sahib olmaq istəyirdi), Ukrayna ona Rusiyanın resurslarına nəzarəti ələ keçirmək üçün alət kimi lazımdır. Ukrayna döyüşməyəcəksə, Britaniyanın bütün planları puça çıxır. Buna görə də 2025-ci ilin fevralında Britaniya əlindən gələni etdi ki, Trampın Zelenskiyə təzyiqi nəticəsiz olsun.

Atəşkəs Rusiyaya da sərf etmirdi, lakin Rusiya Trampın vasitəçiliyinə etiraz etmirdi. Sadəcə, atəşkəs yox, sülh müqaviləsinin bağlanmasını tələb edirdi. Bu zaman Ukraynaya qarşı ərazi tələbləri irəli sürürdü. Həm də tələb edirdi ki, Qərb həmin əraziləri rəsmi olaraq Rusiya ərazisi kimi tanısın. Məqsəd nə idi?

Bu müharibəni başlamaqda Rusiyanın məqsədi nə olub? NATO-nun Ukraynaya girməməsi, Ukraynanın neytral statusa qayıtması. Məgər Donbası Rusiya ərazisi etməklə Rusiya əsas məqsədinə çatır? Əlbəttə ki, yox. Bəs onda niyə bu şərtlə müharibənin dayanmasına razılıq verirdi? Rusiya başa düşürdü ki, onun şərtlərini Britaniya və Ukrayna heç cür qəbul etməyəcək. Onları Ukrayna qəbul etsəydi, ölkədə ya çevriliş, ya da vətəndaş müharibəsi olacaqdı. Yəni Rusiya bu tələbləri irəli sürməklə faktiki olaraq öz məqsədinə nail olmağa çalışırdı:

–  ya Ukrayna onları qəbul edəcək və daxildən parçalanacaqdı;
–  ya da qəbul etməyəcək və buna görə müharibənin əsas sponsoru olan ABŞ-la Ukraynanın, həmçinin Avropanın münasibətləri pozulacaqdı.

Gözlənildiyi kimi, ikinci hal baş verdi. ABŞ Ukraynanın birbaşa maliyyələşdirilməsini dayandırdı, müharibənin bütün maliyyə yükü Avropanın çiyinlərinə düşdü.

Lakin 2025-ci ilin əvvəlində şöhrətinin zirvəsində olan supernarsis Tramp Zelenskini Oval ofisdəki yekəbaşlığına (https://www.facebook.com/asif.shafaggatov.3/videos/830419919250460/), həmçinin 2019-cu il 1-ci impiçment qalmaqalında böyük roluna (https://www.facebook.com/asif.shafaggatov.3/posts/3830536623929087) görə cəzalandırmadı. Ukrayna üçün çox vacib olan rabitə və kəşfiyyat dəstəyini göstərməkdə davam etdi, Rusiyaya qarşı nəinki heç bir sanksiyanı yumşaltmadı, hətta onları daha da artırdı və sərtləşdirdi. Niyə? Çünki Ukraynanı zəiflətmək ABŞ-ın da planlarına uyğun deyildi – bu halda Rusiya Ukrayna problemini öz xeyrinə həll edə bilərdi. ABŞ-a Ukrayna probleminin birdəfəlik Rusiya xeyrinə həlli yox, bu probleminin müvəqqəti dondurulması lazım idi. Dondurulmuş problem Rusiyanı da zəiflədəcəkdi.

Beləliklə, Oval ofis qalmaqalından 20 ay keçdi. Bu müddət ərzində Tramp müharibəni atəşkəs şərtləri ilə dayandırmaq üçün bir neçə cəhd etdi, lakin hamısında Britaniya, Aİ, Ukrayna və Rusiya müxtəlif “souslar” altında yuxarıda qeyd etdiyim mövqeləri təkrarladılar. Dəyişən yalnız Ukraynanın vəziyyətinin getdikcə daha da pisləşməsi oldu.

Oktyabrda Tramp yenidən aktivləşib. Bunun 2 əsas səbəbi var:
1.  Siyasi səbəb. ABŞ görür ki, bu qış atəşkəsə nail ola bilməsə, Ukrayna əldən gedə bilər – Avropa tükənib, Ukraynanı saxlamaq imkanları məhduddur. “Ukrayna layihəsi” bağlanarsa, ABŞ Rusiyaya ən vacib təzyiq vasitəsini itirəcək. Yüz milyardlarla “investisiya” qoyulmuş “Ukrayna layihəsini” xilas etmək üçün müharibəni təcili dayandırmaq lazımdır. Həm də vasitəçilikdən istifadə edib, Rusiyadan “yağlı tikələr” qoparmaq imkanı var.
2.  Şəxsi səbəb. Özünü növbəti impiçmentdən və həbsdən xilas etmək üçün qlobalistləri neytrallaşdırmalıdır. Bunu necə etmək istəyir?

 

Asəf Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Serbiyada tələbələrin seçki inqilabı

admin

Ankara–Bakı münasibətlərində yeni mərhələ: böhrandan dialoqa doğru?

redaktor

Apardı sellər Saralı!

redaktor