14 C
Bakı
26 Oktyabr 2026 07:22
DünyaSiyasət

Apardı sellər Saralı!

Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar gözlənilən idi.

Saralın vəzifədən uzaqlaşdırılması təsadüfi deyil. Oqtay Saral dövlət adından hicabla bağlı Azərbaycandakı vəziyyətə münasibət bildirərək, “Hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır”, – demişdi.

Onun bu açıqlaması ölkəmizdə ciddi narazılığa səbəb olmuşdu.

Jurnalistlə telefon danışığı zamanı Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmadığı soruşulduqda Saral: “Bəli, elə görünür”, – deyə cavab verib.

Lakin nəticə etibarilə onu vəzifədən uzaqlaşdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Saral bu barədə danışarkən deyib: “Bəli. Biz vəzifələrimizlə mövcud deyilik. Cənab Prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”.

 

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

Serbiyada tələbələrin seçki inqilabı

redaktor

Türk dünyasında liderlik uğrunda yeni mərhələ

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – III hissə

redaktor