Əgər həqiqətdirsə, Türkiyə ilə Azərbaycan arasında baş verən gərginliyin arxasında yeni oyun dayanır.
Hərçənd, dəfələrlə qeyd etmişəm, bu gərginlik süni yaradılıb.Hər iki iqtidarın ömrünü uzatmağa xidmət edir.
Gərginliyin süni olduğu və ya olmadığı versiyaları nəzərdən keçirək.
Baş verən gərginlik süni deyilsə ;
1. Cənub qonşumuz İran demək olar, neytrallaşdırılıb.
Ölkəmizdə hicab qadağasına qarşı İran İslam Respublikasından reaksiya çox zəif oldu, demək olar ki, yox səviyyəsindədir.
Donal Trump administrasiyası həm Qafqazda, həm də regionumuzda Azərbaycanı strateji müttəfiq gözündə görürsə, bu o deməkdir ki, Türkiyə ilə tərəfdaşlığı arxa plana keçirirlər.
Bundan sonrakı mərhələdə prezident İlham Əliyev hakimiyyəti ilə birlikdə çalışmaq niyyətindədirlər.
İsrailin də Anadoludan Qafqazadək ən etibarlı tərəfdaşı Azərbaycandır.
Həm ABŞ-nın, həm də İsrailin maraqlarının kəsişdiyi Azərbaycanın Türkiyə ilə qarşıdurması da elə bu səbəbdəndir.
Buna misal olaraq yaxın keçmişdə baş verən iki hadisəyə xüsusi diqqət yetirək.
1.Azərbaycanda Yəhudi məktəbinin açılışına İsrailli Hahamın yüksək güvənlik tədbiri və xüsusi maşın karvanı ilə qarşılanması.
2.İsrail prezidenti İsaak(İsxak) Hersoqun Azal təyyarəsi ilə Azərbaycana səfər etməsi.
Bu iki hadisə kənardan sadə görünsə də, çox mətləblərə aydınlıq gətirir.
Türkiyəni bütün proseslərdən kənar saxlamaq, həqiqətən növbəti hədəfin məhz qardaş ölkə olmasına dəlalət edir.
Zamanla prezident Receb Tayyib Erdoğanın ölkənin daxili siyasətini neytrallaşdırıb, şəriət qaydaları ilə idarəetmə modelinə keçid etməyi arzulaması, əvvəllər yanında olan müttəfiqlərin hazırda AKP hökumətini tarixə qovuşdurmasına səbəb olmaqdadır.
Bu hadisələr tam təbii baş verirsə, onsuz da ağır duruma salınmış Türkiyə iqtisadiyyatının ən azı 30 illik dərin böhrana salınma mərhələsi başlayıb və R.T.Ərdoğanın özünü də tora salmağa hazırlaşırlar.
Türkiyəni böyük müsibətlər gözləyir.
Baş verən gərginlik əgər sünidirsə ;
2.Əvvəlki fikirlərimə istinad edərək bildirirəm ki, davam edən komple oyunlar AKP hakimiyyətinin ömrünü uzatmağa hesablanmaqla yanaşı, Türkiyə daxilindəki sosial-iqtisadi narazılığa yönəlmiş diqqəti dağıtmaq üçün, hadisələr bu dəfə regional səviyyədə süni gərginliyə qəsdən çevrilir.
Bundan əlavə, R.T.Ərdoğan hakimiyyəti yaradılan “Məkkə İttiqfaqı”-ndan daxili publikanın diqqətini yayındırmağa çalışır.
Bunun üçün razılaşma əsasında birbaşa Azərbaycan üzərindən oyun oynanılır.
“Məkkə İttifaqı”-nın yaradılmasında əsas məqsəd nədir ?
AKP hökuməti öndərliyində Türkiyənin İslam dünyasının vahid dominant dövlətinə çevrilməsi hadisələrin əsas prioritetidir.
Xatırladım ki, Osmanlının sonuncu Sultanı İkinci Əbdülhəmid də buna cəhd etmişdir.
Amma, nəticəsi acınacaqlı oldu.
Ümumiyyətlə, İran İslam Respublikasının nəzarətində olan Yəməndəki Husi qiyamçılarını, ümumi Şiə qruplaşmalarını aradan götürmək, Türk ordusunu həmin ərazilərə yerləşdirmək və Şiəliyi tamamilə bitirmək Türkiyənin və müttəfiqlərinin əsas hədəfidir.
Buna görə də, Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı İrail-ABŞ cütünün xeyir-duası ilə bir araya gəldi.
İran -İsrail/ABŞ toqquşmasında istənilən nəticə əldə edilmədiyinə görə, güclü Türk ordusunun əli ilə növbəti mərhələni yekunlaşdırmağa çalışırlar.
Təbii ki, “Məkkə İttifaqı”-na daxil olan ölkələrin maraqları təmin edilmək şərti ilə.
İranla toqquşma zamanı həm illərdir Səudiyyə Ərəbistanı və Ərəb ölkələrinin təhlükəsizliyini təmin edirəm bəhanəsi ilə xərac yığan Amerika Birləşmiş Ştatlarının hərbi nüfuzu böyük zərər gördü, həm də D.Trump administrasiyası toqquşmanın davam edəcəyi halda, müharibə xərclərinin daha çox vəsaitə səbəb olacağını anladı.
Əbəs yerə deyil ki, İran İslam Respublikası ilə toqquşmadan sonra, ABŞ-nın dövlət büdcəsində yaranan kəsir 2 trilyon dollar (1,992) , ümumilikdə isə, dövlət borcu 40 trilyon dolları keçdi.
ABŞ-nın daxili siyasətində bu bağışlanılmaz səhvdir və prezident Donald Trumpın vəziyyətə nəzarəti getdikcə itirməsi deməkdir.
Baş verənləri sığortalamaq üçün, Türkiyənin qarantör qüvvə kimi həmin ərazilərə girməsi, həm də məcburi prosesdir.
Türkiyə Respublikasının Daxili sosial-iqtisadi vəziyyəti günü-gündən ağırlaşdığına görə, baş verəcək bu proseslərin etirazsız həyata keçirilməsi üçün, yerli publikanın diqqətini dağıtmaq vacib şərtə çevrilib.
Məhz, son baş verən olaylar da qeyd etdiyim kimi, gedişata görə tənzimlənir.
Üzdə düşmən görünən İsrail, əslində isə, Türkiyə-ABŞ-İsrail-Azərbaycan dördlüyünün əsas tərəfidir.
Türkiyə prezidenti Receb Tayyib Erdoğana nə hicab, nə İslam maraqlı deyil.
İqtidarlara maraqlı olan hakimiyyətlərini qorumaq və öz çıxarlarını təmin etməkdir.
Sadə xalq heçkəsə lazım deyil !
