Bəs bu xalqların ziyalıları haradadır? Niyə bu çirkinliyin qarşısını almırlar?
Hər iki tərəf yanlış edir. Amma unudurlar ki, xalqlar arasında münasibətlərə düşmənçilik toxumu səpmək, gələcəkdə aradan qaldırılması çətin olan yaralar açmaqdır.Mən bunu sadəcə kənardan müşahidə edən biri kimi deyil, bayraq böhranını yaşamış və həmin böhrandan sonra iki dövlət başçısını bir araya gətirən prosesdə gizli diplomatiyanın bir parçası olmuş jurnalist kimi yazıram.Əminəm ki, yenə də bir gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bir araya gələcək, bir-birinin əlini sıxacaq, bir-birinə qardaş və tərəfdaş deyəcəklər.
Azərbaycan və Türkiyə xalqları da yenə bir-birinə söykənəcək, çünki dövlətlərarası münasibətlərdəki gərginliklər ötəridir, xalqlar arasındakı qardaşlıq isə daha böyük dəyərdir.Amma bu gün xalqlar arasında düşmənçilik yaradanların, münasibətləri zəhərləyənlərin məsuliyyətsizliyi unudulmayacaq. Sözünüzə, mövqeyinizə və məsuliyyətinizə sahib çıxın! İnsanları bir-birinə qarşı qızışdırmayın.
Müharibə ritorikasını deyil, sülhü seçin!İlham Əliyev Azərbaycanın Prezidentidir və onun siyasətinə Azərbaycan xalqının böyük bir hissəsi güvənir. Rəcəb Tayyib Ərdoğan isə Türkiyə Cümhuriyyətinin Prezidentidir və beynəlxalq siyasətdə mühüm rol oynayır.
Nə Azərbaycanı, nə də Türkiyəni kiminsə təxribatçı oyunlarına alət etmək lazımdır. Dövlətlərin maraqlarını, xalqların qardaşlığını və bölgənin gələcəyini düşünmək lazımdır.Bu gün ən böyük ziyalılıq düşmənçilik toxumu səpmək deyil, müdriklik göstərməkdir. Qızışdırmayın, barışdırın. Münaqişəni dərinləşdirməyin, sülhə xidmət edin!
