15 oktyabrda İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul etdi. Fidan görüşdən sonra jurnalistlərə bildirib: “Liderlerimiz arasında sarsılmaz bir dostluk ve kardeşlik bağı vardır.”
AKP-dən yeni mesaj: Problemləri ailə daxilində danışarıq.
16 oktyabrda AKP sədrinin müavini Kürşad Zorlu açıqlama verib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında fikir ayrılıqları olsa da, tərəflər problemləri öz aralarında müzakirə edə bilərlər. Zorlu Ərdoğanın Azərbaycana sevgisinin səmimi olduğunu da vurğulayıb.
Bu, diqqətəlayiq ton dəyişikliyidir. Oktay Saralın sərt çıxışlarından fərqli olaraq, Zorlu qarşıdurmanı davam etdirmək əvəzinə dialoqu ön plana çıxarır.
14 oktyabrda isə MHP lideri Devlet Bahçeli türk dövlətlərinin suverenliyinə və daxili hüququna hörmət edilməsinin vacibliyini bildirmişdi.
O, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərini zədələyəcək addımlara yol verilməməsinə çağırıb.
Son günlər Türkiyə mediasında bu başlıqlar diqqət çəkir:
“Azerbaycan’daki başörtüsü protestoları Türkiye ile gerilime dönüştü: Bakü neden AKP’yi hedef aldı?”, “Azerbaycan-Türkiye hattında neler oluyor?”, “Bakü’yle krizi derinleştirmeyin!”
Bu xəbərlər göstərir ki, mübahisə artıq yalnız sosial şəbəkələrdə deyil, Türkiyənin siyasi mətbuatında da ciddi mövzudur.
İndi əsas diqqət 29–30 oktyabra yönəlib. Ankarada Türk Dövlətləri Təşkilatının zirvə toplantısı keçiriləcək.
Zirvədə İlham Əliyevin də iştirakı və Tayyib Ərdoğanla görüşü nəzərdə tutulur. Yəni Azərbaycan prezidenti Tükiyəyə getməsə, biz iki ölkə arasındakı münasibətlərin daha da kəskinləşməsinin şahidi olacağıq. Ancaq mən əminəm ki, İlham Əliyev Türkiyəyə gedəcək və cənab Ərdoğanla da görüşəcək. Hər iki dövlətin maraqları belə tələb edir. Son proseslər də problemin tədricən həll olunmasına doğru addımların atıldığını göstərir…
