22 C
Bakı
16 Oktyabr 2026 11:04
DünyaSiyasət

Türkiyənin Hakan Fidan ayıbı

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirə kölgə salmağa yönəlmiş hərəkəti çox böyük ayıbdır. Zirvə Toplantısında İsrail Prezidenti İsxak Hersoqun çıxışı zamanı Hakan Fidanın nümayişkaranə sürətdə salonu tərk etməsi, ərəb dövlətlərinin təmsilçilərinə oxşar davranmalarını işarə etməsi Azərbaycanın ev sahibliyi etdiyi, 29 dövlətin təmsil olunduğu tədbirə kölgə salmağa xidmət edir.

Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın liderlərinin Hakan Fidanın ardınca getməmələri də Türküstanın seçimi kimi də dəyərləndirmək olar. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın Zirvə Toplantısına prezidentlər səviyyəsində qatılması Azərbaycanın ev sahibliyi etdiyi tədbirin yüksək səviyyədə keçməsinə Türküstan lidrlərinin töhfə vermək istəmələrinin göstəricisidir. Bu gerçək qardaşlıqdır.

Hakan Fidanın nümayişkaranə sürətdə salonu tərk etməsi İsrail Prezidenti İsxak Hersoqun çıxışını baykotdan daha çox siyasi islamçılara mesaj verilməsi kimi dəyərləndirilməlidir.

Qənaətlərimə görə, post-Ərdoğan dövrünə hazırlaşan bütün iddialı türk siyasətçilər islamçı toplumun rəğbətini qazanmağa çalışır. İsrail düşmənçiliyinin ən yüksək səviyyədə olduğu bir cəmiyyətdə belə bir addım siyasətçiyə əlavə reytinq gətirir.
Türkiyənin Azərabycana siyasi islamın ixracı Hakan Fidanın karyera yüksəlişi ilə birbaşa bağlıdır. Hakan Fidanın Millî İstihbarat Teşkilatına rəhbərlik etdiyi 2010-2023-cü illərdə Azərbaycana siyasi islamın ixrac edilməsi sürətlənib. MİT-in bundan xəbərsiz olması qeyri-mümkündür. Belə iddialar da var ki, son illərdə Azərbaycana siyasi islamın ixracında MİT-in iştirakı var. Bəziləri hesab edir ki, bu təriqqət və cemmat adlı dini topluluqların MİT-də kök salması ilə bağlıdır. Siyasi islamın ixracının güclənməsi də təriqqət və cemmatların MİT-in çətiri altında hərəkət etməsi ilə izah edilir.

Hakan Fidan Xarici işlər naziri olduqdan sonra MİT-dəki siyasi islamçıların mühüm bir hissəsini Xarici İşlər Nazirliyinə transfer edib. Üstəlik, siyasi islamçıların bir hissəsini də diplomatik xidmətə cəlb edib. Bunlar Türkiyənin daxili işi olsa da, sonda bizə də təsir etdiyi üçün bütün bunlar yaılmalı, deyilməlidir.

Hakan Fidanın karyera yüksəlişində Türkiyədəki siyasətçilər arasında “Müsəlman qardaşları”na ən yaxın şəxs olan keçmiş baş nazir Əhməd Davudoğlunun müstəsna rol oynadığı da diqqətdən qaçırılmamlıdır. Əhməd Davudoğlu baş nazir olduğu zaman Hakan Fidanın siyasətdə böyük rol almasına cəhdi də unudulmamalıdır. Yeri gəlmşkən Əhməd Davudoğlunun həmin cəhdinin qarşsını Ərdoğan almışdı. Davudoğlu-Fidan çütlüyünün siyasətdə güclənməsi Ərdoğanın mövqeyini zəiflədə bilərdi. Bütün bunlara ona görə qeyd edirəm ki, Azərbaycan cəmiyyəti Hakan Fidanla bağlı gerçəklikləri və ümumiyyətlə Türkiyənin xarici siyaəstinin mahiyyətini bilməlidir.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor