24 C
Bakı
15 Oktyabr 2026 19:38
DünyaSiyasət

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi.(şoka düşüblər.)

Avropalı liderlər Zelenskini Trampla açıq qarşıdurmaya girməkdən çəkindirmək istəyirlər.
Financial Times qəzetinin yazdığına görə, Avropada Zelenskinin Ağ Evə ünvanladığı sərt bəyanatlar şokla qarşılanıb. ABŞ-ın narsist prezidentinin bu sözləri unutmaması və bağışlamaması mümkündür.

Ukrayna prezidenti Trampın siyasətini, Rusiya ilə bağladığı dizel yanacağı sazişini və kəşfiyyat məlumatlarından istifadə etməklə Ukraynaya təzyiq göstərməsini açıq şəkildə tənqid edib.
Bundan əlavə, Zelenski bildirib ki, Tramp neytral mövqeyini qorumalı, Rusiyanın tərəfinə keçməməlidir. Bütün bunlar isə noyabr seçkiləri ərəfəsində baş verir.
Avropalı rəsmilərdən biri belə deyib:
«Ola bilsin ki, bu, həqiqətdir, amma həqiqəti hər zaman ucadan söyləmək lazım deyil».
Aİ liderləri cümə günü Brüsseldə Zelenski ilə görüşəcək və onu ritorikasını yumşaltmağa çağıracaqlar. Çünki Ukrayna hələ də ABŞ-ın dəstəyindən həyati dərəcədə asılıdır.

Nəriman Abdinov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın AQEM sədrliyi: siyasi nüfuzdan iqtisadi dividendlərə

redaktor

Ukraynanın gecə əməliyyatı, Trampın geri addımı

redaktor

Rubionun Asiya səfərlərinin geosiyasi hədəfləri

redaktor