22 C
Bakı
16 Oktyabr 2026 10:50
DünyaSiyasət

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

Tramp administrasiyasının Rusiyanın dondurulmuş suveren aktivlərinin bir hissəsinin sərbəst buraxılması və bu vəsaitlərin Vaşinqtonun nəzarətində olan maliyyə mexanizminə köçürülməsi ilə bağlı təklifi Avropa tərəfindən qəti şəkildə rədd edilib.

Mayamidə Ukrayna və Avropa rəsmiləri ilə keçirilən danışıqlar zamanı ABŞ tərəfindən irəli sürülən bu təşəbbüs Qərb müttəfiqləri arasında ciddi fikir ayrılığı yaradıb.

Tramp administrasiyasının nümayəndələri Stiv Vitkof və Cared Kuşner tərəfindən təqdim edilən plana əsasən, sərbəst buraxılacaq vəsaitlərin guya sülh danışıqlarını bərpa etməyə kömək edəcək maliyyə fonduna yönəldilməsi nəzərdə tutulurdu. Lakin Avropa bu planı birmənalı olaraq rədd edib.

Hazırda əksəriyyəti Avropa İttifaqı ərazisində olmaqla, təqribən 260 milyard avro dəyərində Rusiya suveren aktivləri dondurulmuş vəziyyətdə qalır. Bu fondlar Avropanın Moskvalı qarşı əlində qalan ən güclü təzyiq rıçaqlarından biri hesab olunur. Gələcəkdə həmin vəsaitlərin Ukraynanın bərpasına və ya Rusiyanın ödəyəcəyi təzminatların qarşılanmasına sərf edilməsi planlaşdırılır. Avropa rəsmiləri hesab edirlər ki, bu aktivlər Rusiyaya geri qaytarılmamalı, Vaşinqtonun nəzarətinə verilməməli və ya Ukraynanın ərazi güzəştlərinə getməsinə çalışan bir administrasiyanın idarə etdiyi fonda köçürülməməlidir. Deməli, “Krasnov” təkcə Ukraynanı ballsitik raket hücumu barədə erkən xəbərdarlıqdan, kəşfiyyat məlumatlarını kəsməkdən, “Starlink” peyk internetinin sürətini azaltmaqla kifayətlənməyibmiş.

Zelenskinin istefasını tələb etməklə yanaşı Rusiyanın aktivlərini blokadadan çıxarmağa çalışırmış. “Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq…

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor

Azərbaycanın AQEM sədrliyi: siyasi nüfuzdan iqtisadi dividendlərə

redaktor