20 C
Bakı
15 Oktyabr 2026 01:19
DünyaSiyasət

Ərdoğanın Bakıya gəlməməsinin arxasında siyasi səbəb varmı?

Oktyabrın 14-də İsrail Prezidenti İsxak Hersoq Bakıya gəlib. Sabah keçiriləcək CICA-nın VII Zirvə toplantısında Türkiyəni isə Prezident Rəcəb Tayyib Ərdoğan deyil, xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Bu, dövlət və hökumət başçıları səviyyəsində keçirilən zirvədir. Ərdoğan 2019 və 2022-ci illərdəki toplantılarda şəxsən iştirak etmişdi.

Bəs bu dəfə niyə gəlmir?

Sual xüsusilə son günlər Türkiyə–Azərbaycan münasibətlərində yaranmış gərginlik fonunda diqqət çəkir.

Xatırladaq ki, Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycandakı hicab məsələsi ilə bağlı kəskin açıqlama vermiş, Azərbaycan hakimiyyətini mövqeyini dəyişməyə çağırmışdı. Bu bəyanat hakim Yeni Azərbaycan Partiyasının ciddi etirazına səbəb olmuş, məsələ artıq iki ölkənin hakim partiyaları arasında siyasi mübahisəyə çevrilmişdi.

Belə bir şəraitdə Ərdoğanın Bakıya gəlməməsi təsadüfdür, yoxsa diplomatik mesaj?

Maraqlıdır ki, Türkiyənin Cumhuriyet qəzeti də Ərdoğanın zirvədə iştirak etməməsini məhz son gərginlik fonunda diqqətçəkən hadisə kimi qiymətləndirir.

Əlbəttə, prezidentin xarici işlər naziri ilə təmsil olunması diplomatik praktikada qeyri-adi deyil. Üstəlik, Ərdoğanın iştirak etməməsinin rəsmi səbəbi açıqlanmayıb.

Amma diplomatiyada bəzən kimin gəldiyi qədər, kimin gəlmədiyi də siyasi suallar doğurur.

Görəsən, bu qərar sadəcə iş qrafiki ilə bağlıdır, yoxsa Ankara ilə Bakı arasındakı son fikir ayrılıqlarının əlamətidir?

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Efiopiyanın dənizə çıxış uğrunda mübarizəsi

redaktor

Fars-şiəçiliyi hər zaman ikiüzlü olub

redaktor

Son dərəcədə ağır gecə, Kiyevə rekord sayda “Sirkon” ballistik raketləri atıldı

redaktor