DinDünya

Dini təxribatların qarşısını necə almalı?

Türkiyənin Azərbaycana qarşı din əsaslı təxribatları davam edir. Ərdoğanın BMT kürsüsündən başlatdığı hücum kampaniyasında iştirak edən Türkiyə prezidentinin baş müşaviri Oqtay Saral, AKP-nin Böyük Millət Məclsiindəki Qrupunun sədr müavini Leyla Şahin Usta, AKP-li deputat Muhammet Müfit Aydın, Səadət Partiyasının sədri Mahmut Arıkan, Yeniden Rifah Partiyasının sədri Fatih Ərbəkan, “butlan” Kemal Kılıçdaroğlu, Türkiye Uluslararası İslam, Bilim ve Teknoloji Üniversitesi rektoru Mehmet Görmez və çoxaylı köşə yazarlarının mövqeyinin İŞİD-in Türkiyə əmiri Halis Bayancukun (Ebu Hanzala) mövqeyi ilə eyniyyət təşkil etməsi ölkəmizə qarşı yönələn təhlükənin nədən ibarət olduğunu aydın göstərir.

Türkiyənin rəsmi şəxslərinin və qurumlarının din əsaslı təxribatları dayandırmaması da Ankaraya hakim olan Ebu Hanzala zehniyyətinin Azərbaycanda sabitliyin bərqərar olmasında maraqlı olmadığını, gərginliyin davam etməsində maraqlı olduğunu göstərir. Görünür, Ebu Hanzala zehniyyətinin daşıyıcıları Azərbaycana “kayyum” təyin edə bilcəklərini düşünürlər. “Kayyum” olmaq üçün sıraya düzülmüşlər də Ebu Hanzala zehniyyətini daha da şirnikləndir.

Bu təhlükənin qarşısını YAP-ın, Media və Yayım Şurasının bəyanatları ilə almaq mümkün deyil. Qətiyyətli hüquqi tədbirlər görülməsə Talibandan daha radikal olan, FETO-nun yerini tutmağa çalışan Erekgöy, Menzil, İsmailağa topluluqları başda olmaq çoxsaylı təriqqətlərin toplusu olan “Müsəlman qardaşları”-nın qarşısını kəsmək mümkün olmayacaq.

İslama bağlı olmayan hər şeyi haram, yəhudi və xristainaları kafir görən zehniyyətin quzeyli-güneyli Azərbaycana, müsəlman Şərqində çağdaş mədəniyyətin ilk nümunələrini yaratmış Azərbaycan xalqına ağır zərər verəcəyini dərk etməyin zamanıdır. Əgər Azərbaycan zərər görsə Türküstan çoğrafiyası da çağdaş mədəniyyət yolundan çıxaraq əfqanistanlaşacaq. Bütün bunlara görə tərəddüdlü davranmaq yolverilməzdir.

Təhlükənin miqyası atılacaq addımların miqyasını və mahiyyətini müəyyən etməlidir. Ona görə də təklif edirəm ki, ilk addım olaraq İslama bağlı olmayan hər şeyi haram elan edən “Müsəlman qardaşları” şəbəkəsi terror təşkilatı elan edilsin. Bu addım radikal dini qrupların ölkəmizdə təşkilatlanmasının, maliyyələşməsinin qarşısını almaq üçün böyük imkanlar yaradacaq. Bu addım atmadan radikal dini qruplarla mübarizədə qalıcı uğur qazanmaq mümkün olmayacaq.

Radikal dini qruplarla mübarizədə yalnız inzibati tədbirlərlə də uğur qazanmaq mümkün deyil. Qənaətimcə, inzibati tədbirlərdən az əhəmiyyət kəsb etməyən məqamlar da var.
Bu çərçivədə ən əsas addım Mirzə Fətəli Axundzadə tərəfindən formalaşdırılmış çağdaş mədəniyyətə əsaslanan mədəni kodun gücləndirilməsi üçün mədəni tədbirlərin və təbliğat sistemli şəkildə gücləndirilməlidir. Orta məktəblərdə humanitar fənlərin dərslikləri Mirzə Fətəli Axundzadə fəlsəfəsinin əsasında yazılmalı, Mədəniyyət Nazirliyinin fəaliyəti Mirzə Fətəli Axundzadənin yaratdığı çağdaş mədəniyyətin təbliğinə yönəlməlidir.

Azərbaycan xalqının yadelli əsarətinə, o cümlədən ideoloji əsarətə qarşı mübarizəsinin simvolu olan görkəmli sərkərdə Babəkin Bakıda heykəlinin ucaldıması haqqında Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncamın həyata keçirilməsi təmin edilməlidir.
Nursulatan Nazarbayevin fikirlərinin nəticəsi olaraq yaranmış “peçesiz İslam” anlayışının, Prezident İlham Əliyevin müəyyən etdiyi “ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir.

Qeyri-ərəb dövlətləri ərəb ölklərinin problemlərinə müdaxilə etməməlidir” strategiyasının Azərbaycan və Türküstanda cəmiyyətin oturuşmuş dünyagörüşünə və dövlətlərin siyasətinə çevrilməsi üçün Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanla birlikdə elmi konfarnslar və ictimai müzakirələr təşkil edilməlidir. Bu Azərbaycanın və Cənubi Qafqazın Mərkəzi Asiya ilə vahid məkana çevrilməsi prosesinə də müstəsna təsir göstərər.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir?

redaktor

Bakının mesajı qəbul edilib, 29 oktyabr çox mühüm gün olacaq….

redaktor

Ərdoğanın Bakıya gəlməməsinin arxasında siyasi səbəb varmı?

redaktor