24 C
Bakı
15 Oktyabr 2026 18:47
CəmiyyətDin

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

(“Hicab məsələsi” xeyli lazımlıqları aydın etdi).

Ölkədəki mövcud hüquqi baza…

Azərbaycanda uşaqların dini tərbiyəsi, vicdan azadlığı və valideynlərin bu sahədəki hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi və 2026-cı ildə qəbul edilmiş yeni “Uşaq hüquqları haqqında” Qanun ilə tənzimlənir.

Bu hüquqi bazanı formalaşdıran maddələr:

1. Azərbaycan Respub. Konstitusiyası

Maddə 18 (Din və dövlət): Dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını təsbit edir. İnsan ləyaqətini alçaldan və ya dünyəvilik prinsiplərinə zidd olan bütün dinlərin yayılması qadağandır.

Maddə 48 (Vicdan azadlığı): Hər kəsin hər hansı dinə təkbaşınadırsa və ya başqaları ilə birlikdə etiqad etmək (yaxud da heç bir dinə etiqad etməmək) və dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var.

2. “Uşaq hüquqları haqqında” Yeni Qanun (3 mart 2026-cı il, № 371-VIIQ)

Milli Məclis tərəfindən qəbul edilən yeni qanun uşaqların dini tərbiyəsinə dair dəqiq çərçivələr müəyyən edir:

Valideynlər qarşılıqlı razılıq (yəni uşağın da) əsasında uşaqları öz dini əqidələrinə uyğun tərbiyə edə bilərlər.

Uşaqların dinə etiqad etməyə və ya ayinlərdə iştiraka məcbur edilməsi qadağandır.

Dini tərbiyə uşağın fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir, dövlət lazım olsa itəhlükəsizlik və sağlamlıq məqsədilə müəyyən məhdudiyyətlər tətbiq edə bilər.

3. Azərbaycan Respub. Ailə Məcəlləsi

Maddə 58: Valideynlər uşaqlarını tərbiyə etməyə borcludurlar və onların fiziki, psixi, həmçinin mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

Valideyn baxışları uşağın fundamental maraqları ilə ziddiyyət təşkil edərsə, müvafiq qurumlar (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) prosesə müdaxilə edə bilər.

4. “Dini etiqad azadlığı haqqında” Qanun

Dövlət təhsil sistemi dindən tamam ayrıdır və məktəblərdə də məcburi dini ayinlər icra edilə bilməz.

**********

Bu barədə mənim fikirlərim…

Xüla­sə buradan nə hasil olur? Qanunvericilik valideynə inancını öyrətmək hüququ versə də, uşağa qarşı psixoloji basqını ya sağlamlığına zərər vurulmasını tam qanunsuz hesab edir.

Buna görə də, uşağına dini inancı öyrədib dini təbliğat aparıb, hicab bağlamaqdan əvvəl, bu barədə valideyin aidiyyətli dövlət qurumlarını məlumatlandırmalı (mütləq!) Dövlət qurumları isə, prosesi nəzarətə götürərək aydın etməlidir:

1. Uşağa din öyrədib təbliğ edən valideyin ya digər dini şəxs özü psixoloji problemli və dini fanatizm, radikalist, ekstremist yönlü deyil ki?

2. Uşağa öyrədilib təbliğ edilən din, təriqət nə dərəcədə İnsan ləyaqətini alçaltmayan və ya dünyəvilik prinsiplərinə də zidd olmayandır?

3. Uşaq dini tərbiyə və təbliğata nə dərəcədə həqiqətdə obyektiv razı və buna həvəslidir?

3. Uşaq dinə etiqad etməyə və ya ayinlərdə iştiraka həqiqətdə dəqiq məcbur edilmir ki?

4. Dini tərbiyə və təbliğat uşağın fiziki və psixi sağlamlığına mənfi təsir göstərmir ki? Və bunu uşaq psixoloqları obyektiv müəyyən etməlidir.

5. Uşaq aldığı dini tərbiyə ilə neqativ tərəflərə: dini fanatizm, radikalizm, ekstremizmə doğru yönəlmir ki və ya yönləndilmir ki?

Bu, çox mühüm nəzarəti daimi təqvim üzrə həyata keçirmək üçün dövlət xüsusi ixtisaslı qurum ayıra bilər. Dünyəvi tipli cəmiyyətdə din fərqli özəl xüsusiyyətləri olan bir rejimdir. Ona görə, dövlət və cəmiyyət xüsusi yanaşmalıdır. Həm, hörmət və ehtiramla, həm də, nəzarətlə.

 

İlqar Altay,
Hüquqşünas-kriminalist
Hüquq üzrə fəls. doktoru.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Dini təxribatların qarşısını necə almalı?

redaktor

Davranış insanın ən güclü vizit kartıdır

redaktor