Ukrayna Prezidenti Vladimir Zelenski seçkilərə hazır olduğunu bəyan etsə də, ölkənin səsverməyə hazırlaşması və təhlükəsizliyi təmin etməsi üçün ən azı 60 günə ehtiyacı olduğunu vurğulayıb.
“Əgər Tramp Ukraynada lideri dəyişmək istəyirsə, bilməlidir: lideri yalnız xalqımız dəyişə bilər. Mən seçkilərə həqiqətən hazıram. Amma infrastrukturu təmin etmək və səsverməyə hazırlaşmaq üçün ən azı 60 günə ehtiyacımız var”, – deyə Zelenski Fox News-a verdiyi müsahibədə bildirib.
O, Ukraynaya qarşı hücumların hər saat baş verdiyini qeyd edib.
“Söhbət minlərlə dron, ballistik və qanadlı raketlərdən gedir. İnsanlar belə şəraitdə necə səs verə bilərlər?”, – deyə Ukrayna lideri qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ukraynalıları açıq şəkildə yeni lider seçməyəçağırmışdı .
