Qərb ölkələrində yaşayan bəzi azərbaycanlı bloqerlər son günlər hicab məsələsinin fəal müdafiəçilərinə çevriliblər.
Görünür, düşünürlər ki, bununla Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparırlar.
Amma bir şeyi unudurlar.
Hakimiyyətə qarşı olmaq onun hər qərarının əksini müdafiə etmək demək deyil.
Qadının könüllü hicab taxmaq hüququnu müdafiə etmək olar. Bu, insan hüququ məsələsidir.
Amma hicab mövzusundan istifadə edən dini-siyasi qüvvələrə dəstək vermək tamam başqa məsələdir.
Qərbdə yaşayırsınız. Orada söz azadlığından, dünyəvi qanunlardan, demokratik hüquqlardan istifadə edirsiniz.
Bəs Azərbaycanda da həmin dəyərlərin qorunmasını istəyirsinizmi?
Yoxsa iqtidara qarşı çıxmaq naminə dini dövlət ideyasını müdafiə edənlərlə də eyni cəbhədə dayanmağa hazırsınız?
Unutmayaq: Azərbaycan hakimiyyəti ilə Azərbaycan dövlətinin gələcəyi eyni şey deyil.
Hakimiyyətə qarşı mübarizə apararkən dünyəvi dövlətin gələcəyi haqqında da düşünmək lazımdır.
Əsas sual budur: siz qadının seçim azadlığını müdafiə edirsiniz, yoxsa hicab adı altında aparılan siyasi mübarizəni?..
