Bir məsələni qeyd edim… Bir sıra insanlarımız, ziyalılarımız, xüsusilə də dinə bağlı insanlar və ziyalılarımız, bu timsalda hörmətli filisofumuz, Müşfiq Şükürov cəmiyyətə bu fikri vurğulayırlar:
“Düzdür, inanclı müəllim yəqin ki, M. Axundov və ya C. Məmmədquluzadə kimi ədiblərimizin yaradıcılıq ehtiraslarını tam anlada bilməyəcək uşaqlara.
Amma bir iş var ki, ateist düşüncəli müəllim də nə Nizamini, nə Nəsimini, nə də Füzulini düz əməlli nə özü anlaya biləcək, nə də şagirdlərə başa sala biləcək”.
Mən isə, bu cür müqayisəni və arqumentləri bu gün, cəmiyyətdə gedən “hicab mübahisəsində” istifadələr üçün, elə də münasib düşünmürəm.
Biz, dövlətin dindən ayrı yönləndirildiyi, dünyəvi prinsipli ölkəyə, dövlətə malikik. Bu prinsiplərin əsasında yaşam və inkişaf yolu seçmişik. Belə dünyəvi tip prinsiplərin kökü isə M. Axundovun, Mirzə Cəlilin, Sabirin fikirləri, yaradıcılığındadır. Demək, bu günkü Azərbaycanın məktəbinin, bu günkü müəllimi tədrisində bu ədiblərin dünyəvi fikirləri, ideyaları, görüşlərini əsas götürməlidir.
Dini baxışlı dahi Nizami, Füzuli isə, bizim xalqın qürurlu tarixidir, onların baxışları tarixi tədrisdə ədəbiyyatımız, poeziyamız üçün əsas gotürülər. Bəli, biz bu gün teokratik İslam dövləti olsaydıq, o zaman, bu günkü yaşam və inkişaf yolumuza nümunə üçün Axundov, Mirzə Cəlil arxa plana, Nizami və Füzuli isə ön plana keçərdi. Bu qədər.
