18 C
Bakı
07 Oktyabr 2026 11:00
DünyaMuharibə

Putinin yeni eskalasiyası Rusiya üçün ağır nəticələr doğura bilər

Allahın işidir. Çökdürmə qərarını da
özü verir, icraçısını də özü göndərir…

Putinin Ukraynaya qarşı yeni son sərt eskalativ hərbi hazırlıq, səfərbərliyi, silah, raket tədarükü, Kiyevə və digər şəhərlərə, mülki enerji ərzaq və digər sahələrə zərbələri, onun özü üçün zərərli, hətta fəlakətli nəticə verə bilər. Bu cür gedişat Rusiya üçün uğurlu görünər, sonrası isə faciəli.

Rusiyanın problemi ondadır ki, bütün qərarları Putin tək verir, heç bir yaxın ərtaf fikrini nəzərə almır. Öz fikri, təfəkkürü isə, məlum xəstəliyin mərkəzi sinir sistemini daimi xaosda saxlama səbəbi ilə qarışıq, “uşaq emosiyası” halındadır: nəyəsə həvəs edib od qoyur, ev yananda çığırır.

Stalin stalinliyilə, ətrafındakı bilgililərdən nəsə soruşurdu, məsləhət alırdı, imkan verirdi ki, söz desinlər. Çünki, beyni müdrik idi ki: insan Allah deyil, bir ağıl hər şeyi bilə-görə bilməz. Putində isə, məlum xəstəliyi səbəbi ilə, son 12 ildə ağıl çox geri getdi. Beyin kifayət qədər çalışa bilmir, yaşlı müdrikliyi yerinə, yaşlı uşaqlaşması gedir.

Ətrafındakı düşüncəli, təcrübəli şəxslərdən heç kim, cürət edib deyə bilmir ki, ay Rəhbər, biz nə qədər bütün varımızı-yoxumuzu, gücümüzü, ya kənardan aldığımızı belə ortaya qoysaq da, biz nə qədər qızışıb xırda situativ qələbə əldə edib uşaq kimi sevinsək də, Qərb bizə Ukraynanı qəti verməyəcək. Bizə qarşı daha da gücləndirəcək.

Ona görə yox ki, Qərb Ukraynanı çox sevir. Ona görə ki, əvvəla Ukraynanı öz məkanının qapısı, istehkamı bilir. İkinci də, bizi, siz Putini Qərbin patoloji nifrətli düşməni bilir, eynilə İran molla rejimi İsraili, Qərbi görən kimi. Qərb, bunu bilir ki, bizə, Kremlə fürsət versə, onu məhv edərik!

Və cənab Vladimir Vladimiroviç, Qərb bizi kimi qızışıb üzdə gorsətməsə də, biz gücləndikcə alt qatda Ukraynanı daha da güclü edir. Etməyə də gücü çoxdur. Qərb, 3 yox, 30 dəfə, 300 faiz yox, 3000 faiz bizdən üstün potensiallıdır!!! Sadəcə, bu potensialı birdən qoymur, bizi oyuna çəkir və yavaş-yavaşca çökdürür. Necə ki, hündür binanı birdən çökdürəndə ətrafa böyük ziyanlar vurur, onu yavaş-yavaş sökürlər. Cənab VV, tələdəyik!

Bunu nə ona deyən var, nə də o, qəbul haldadır. Dünyada, tarixdəki imperiyalar nə qədəri kənar basqılardan dağılırsa, bir o qədəri içdən dağılır. Dağılma İlahidəndirsə dağılsın, ətrafa ziyansız.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ İran rejimini devirmək istəyir…

redaktor

Zəngin dövlət, yoxsa zəngin vətəndaş?

redaktor

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

redaktor