Qazi deyə fəxrlə qızınızı travmalı adama ərə verməyin. Qazi olmaq insanı avtomatik olaraq yaxşı həyat yoldaşına çevirmir. Qəhrəman olmaq ailə münasibətlərində problemsiz insan olmaq zəmanəti deyil.
Coratda baş verən dəhşətli qətlin təfərrüatlarını oxuyanda adamın ağlına ilk növbədə bir sual gəlir. Bu qadının taleyində heç kim onun ərinin müharibədən hansı psixoloji vəziyyətdə qayıtdığını düşünməyibmi? Biz müharibədən qayıdan adama çox vaxt yalnız bir ad veririk: qazi.
Baş verən cinayət qan dondurur. Bu cür amansızlıqla adam öldürən sağlam insan ola bilməz təbii ki.
Qazi sözün arxasındakı insanı görməyi unuduruq. Halbuki o insan dostlarının gözünün qarşısında öldüyünü görüb. Bəlkə ağır yaralanıb. Bəlkə günlərlə ölümün içində qalıb. Bəlkə gecələr yuxudan sıçrayaraq oyanır. Bəlkə səslərə, qoxulara, müəyyən görüntülərə qarşı kəskin reaksiyaları var. Onların içində danışmadıqları bir müharibə hələ də davam edir.
İnsanın ailə qurmağa psixoloji hazır olub-olmadığını onun keçmişi, travması, davranışları və öz vəziyyətinə münasibəti müəyyən edir.
Müharibədə yaralanan insanın yalnız qolunu, ayağını müalicə etmək kifayət deyil. Bəzən görünməyən yara görünən yaradan daha təhlükəli olur.
Qızını ərə verən ailələrə də bir sözüm var:
Qızınıza “qazidir, fəxr et” deməzdən əvvəl ona bu sualları verin
“Sən bu insanla özünü təhlükəsiz hiss edirsənmi?
Ən əsası, qızınızın “yox” demək haqqının olub-olmadığına baxın.
Çünki qız uşağının gələcəyini bir medalın parıltısına bağlamaq olmaz. Qəhrəmanlıq müharibədə göstərilən fədakarlıqdır. Ailə isə başqa bir məsuliyyətdir. Qazilərimizə medal, mənzil, müavinət qədər psixoloji reabilitasiya da lazımdır. Qızlarımıza isə bir dərsdir.
Heç kimin qəhrəmanlıq statusu sizin təhlükəsizliyinizdən üstün deyil.
