19 C
Bakı
01 Oktyabr 2026 11:02
Cəmiyyət

Hicab bəhanəsi arxasındakı hədəflər…

Türkiyə mediası, sosial platformaları, ictimai, siyasi xadimləri dayanmaq bilmir. İsraili, kürdü, Suriyanı Avropanı, ölkələrindəki bütün daxili və xarici problemlərini də buraxıb, döşəyirlər gecə gündüz Azərbaycana. Heç görünməmiş qədər! İsrail-Azərbaycan münasibəti idi dərdləri, sonra keçdilər BMT-dəki məsələyə, oradan da hicaba!

Hicab məsələsini də, o qədər şişirdir və üstünə xorla və coşqu ilə gedirlər ki, heç analizsiz belə görünür ki, hicab bunlar üçün sadəcə bəhanədir, və ölkəmizə bir təzyiq aləti kimi istifadə edirlər. Və bütün bu təzyiqlərdə də İranın rejimi Türkiyə din yobazlarına, şəbəkələri ilə həvəslə qoşulub!

Niyə hicab məsələsi arxasında iri siyasət olan bəhanədir bunlara üçün, onu sübut edək. Öncə, Türkiyə və İrandan gələn təşkili və təhdidli hay- küy irad-qınaqlı kampaniyanın miqyası, hicab məsələsinə uyğunsuz qədər qat-qat şiddətlidir.

İkincisi, neçə vaxtdır Tacikistan, Türkmənistan və qismən Özbəkistanda nəinki hicaba qadağa, hələ saqqallara qadağa başlayıb həm, sətliklə. Nə Türkiyə, nə İrandan bu ölkələrə belə qadağa ilə bağlı səs çıxmır. Niyə? Hicab məsələsi belə mühümdürsə, bu ölkələrə qarşı niyə çığırmırlar?

Çünki, hicab bunların heç veclərinə də deyil və işləri Azərbaycanladır. Bəs, Azərbaycandan nə istəyirlər bunlar? Türkiyə istəyər ki, Azərbaycan eynilə Türkiyə kimi qardaş olsun: çoxcameli və müftili, əzanlı, yobazlı, İsrailə düşmən, Fələstin doğmalı. İranınkı da 47 ildə çoxdan məlumdur. Azərbaycanı öz “proksisi Yəmənə” dondərmək.

Vəssalam. Hər iki tərəfin istəyi Azərbaycanın dövlətçilik və ictimai xassəsinin deqredasiya olunub onlarınkı variantına düşməkdən keçir! Sözü “vay, hicab!”, hədəfi dünyəvi Azərbaycan. Ciddi dövr, situasiyadır getdikcə sərtləşdirilən. Nə etməli? Hökumət özü yaxşı bilir, nə etməli.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin

Bu gün çox ağrıdım, Əvəz…

redaktor

Əvəzin son baxışları….

redaktor