İki gündür Gürcüstandan mənə ictimai fəallar və alimləri yazılar ki, iki dövlət arasında olan dostluq əlaqələri xətrinə Keşikçi dağ məbədi ilə bağlı statusu silim. Çünki onlar xristian olaraq bu kilsə və digər kilsələr üçün canlarından keçərlər və əgər silsəm Azərbaycan üçün müsbət mövqe göstərəcəklər.
https://www.facebook.com/share/p/1DhXSUaiyU/
Mən də etiraz etmədən təklif edirəm ki, 1992-cü ildən 2020-ci ilə qədər işğal altında olan Qafqaz Albaniyasına aid kilsə, məbəd və abidələrin ermənilər tərəfindən dağıdılmasına etiraz etsinlər və xristian kimi onların müdafiəsinə qalxsınlar. Kilsə və məbəd əgər xristian dünyasına aiddirsə, buyursunlar erməniləri sorğu suala çəksinlər ki, niyə siz də “xristian” olaraq bu ibadət evlərini niyə dağıtmısınız.
Hamısını demirəm. Cəmi bu üç yazını gürcü dilinə çevirib, tələb etsinlər.
1) https://www.facebook.com/share/p/19F2e3UZUN/
2) https://www.facebook.com/share/p/14pUbKPVa5U/
3) https://www.facebook.com/share/p/1DfX1HktsW/
Bütün Qarabağı kənara qoyaq, çoxsaylı məbəd və kilsələri demirəm. Təkcə bir ərazidə olanı araşdırsınlar və yazsınlar..
Ağdərə rayonu ərazisində, Suqovuşan, Vəng və digər kəndlərdə olan qədim xristian kilsələrini niyə məhv ediblər izahı onlardan alsınlar. Lazımdırsa location də verirəm, kilsələrin adlarını da yazıram və fotolarını da onlara verirəm. Sadəcə gürcü özünü xristian hesab edirsə ermənilərdən bunun izahını istəsinlər.
Xristian xristiana bu sualı versin. Əgər Gürcülər bunu yazıb tələb formasında soruşsalar söz verirəm onlar haqqında daha heç nə yazmayacam
Demirlər Azərbaycan üçün dostluq nümayiş etdirəcəklər. Buyursunlar. Biz xristian olmasaq da “xristian” ermənilərdən bu dağılmış məbəd, kilsə və abidələri xilas elədik.
İndi gürcülər də xristian olaraq öz din qardaşlarından bunu niyə belə etdiniz sualına cavab alsınlar. Onda inanacam ki, gürcülərin kilsə mübarizəsi dinlərinə görədir, Rusiyanın oynadığı oyuna görə deyil. Onlar öz dinlərinə görə tələb edirlər, Rusiya kəşfiyyatının dediyi sözləri demirlər.
