17 C
Bakı
27 Sentyabr 2026 11:12
DünyaSiyasət

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!

İsrailin baş naziri Netenyahu BMT -də çıxiş edən zaman, 70 ölkənin nümayəndəsi zalı tərk etsə də, Azərbaycan nümayəndəsinin zalda əyləşməsindən geosiyasi gündəm düzəldiblər.

Təbii ki, bir oyundur!
Türkiyə iqtidarının İsraillə çox dərin əməkdaşlığı var. Azərbaycandan vasitə kimi istifadə edib, bu əməkdaşlığı ictimai rəydə pərdələməyə çalışırlar.

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!
Azərbaycan da, Türkiyə də İsrail də Böyük Britaniyanın liderliyindəki koalisiyanın üzvləridir.
Buna görə də, Azərbaycan və Türkiyə iqtidarları arasında ciddi fikir ayrılığı ola bilməz.

Amma cəmiyyətlər arasında fikir ayrılığının olması koalisiyanın marağındadır.
Türkiyə ictimaiyyəti bizim BMT-dəki nümayəndənin zaldakı şəklini paylaşıb, Azərbaycanı söyür.

Yeri gəlmişkən, bir tarixi hadisəni xatırlamaq, prosesləri anlamaq baxımından faydalı olar.
2009-cu ildə Türkiyə rəhbərliyi Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə Sürix protokollarını imzalamağa hazırlaşırdı. Dağlıq Qarabağın işğal altında olduğu bir dövrdə Türkiyənin Ermənistanla sərhədləri açmaq istiqamətində atdığı bu addımlar rəsmi Bakıda və Azərbaycan ictimaiyyətində böyük narahatlıq və inciklik yaratmışdı, böhran yaranmışdı.

Böhranın pik nöqtəsi 14 oktyabr 2009-cu ildə Türkiyənin Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan futbol matçı zamanı yaşandı.
Türkiyə hüquq-mühafizə orqanları tərəfindən stadiona daxil olmaq istəyən azarkeşlərin əllərindən Azərbaycan bayraqları alındı.

Cavab olaraq, 1918-ci ildə Bakını xilas edərkən şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış Bakı Türk Şehitliği abidəsi önündəki Türkiyə bayraqları dirəkləri ilə birlikdə sökülərək götürüldü. Daha sonra Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyinin binası önündəki Türk bayrağı da endirildi.

Mən o zaman AXCP rəhbərliyinə yeni gəlmişdim, böyük ümidlərlə işlər görməyə hazırlaşırdım. Biraz imkanım və Türkiyədə tanışlarım vardı.
AXCP Rəyasət Heyətinin iclasında Əli Kərimli dedi ki, Türkiyə hökuməti bizi partiya olaraq görüşmələr üçün dəvət edib. Dedi ki, mənim xarici pasportum yoxdur, gedə bilmirəm, iki nəfər nümayəndə müəyyən etməliyik.

Təklif etdi ki, Fuad Qəhrəmanlı və Sahib Kərimli bizi təmsil etsin.
Yalnız birtərəfli uçuş biletimiz partiya tərəfindən təmin edildi. İlkin olaraq otel və digər xərcləri mən Türkiyədəki dostlarımız tərəfindən təmin edilməsini təşkil etdim.

Siyasətin olimpində təzə idim. Çox saf idim.
Əvvəlcədən hər hansı bir görüş qrafiki mənə məlum deyildi.
Ankaraya çatan kimi, qısa müddətdə məlum oldu ki, AKP, CHP və MHP rəhbərliyi ilə görüşlərimiz olacaq, sonra bir neçə telekanala çıxacağıq.

İlk görüşümüz AKP-də oldu. Türkiyənin Gömrük naziri Gürşad Tüzmən (AKP sədrinin müavini ) və AKP-nin deputat fraksiyasının rəhbərliyi ilə görüşdük.
CHP-də sədrin müavini, vaxtıyla Türkiyənin NATO-dakı səfiri olmuş Onur Öymənlə görüşdük.

MHP-də və müxtəlif ictimai qurumlarda görüşlərimiz oldu.
Müzakirələrin detallarını təbii ki, tam açıqlamaq doğru olmaz amma ümumiləşmiş rəy aşağıdakı kimi idi.
Türkiyə dövləti açıq şəkildə bizə deyirdi ki, Ermənistanla sərhədləri açsaq, sizin işiniz daha da rahat olacaq. Müharibəyə ehtiyac olmadan torpaqlarınızı geri qaytaracaqsız.

Türkiyə qərblə birlikdə istəyir ki, Ermənistanı Rusiyanın nəzarətindən çıxartsın. Deyirdilər ki, Azərbaycan ictimai fikrini Rusiyadan geosiyasi asılılığı olan məmurlar çaşdırır. Başda Ramiz Mehdiyev olmaqla bu şəbəkə Türkiyənin Azərbaycanı arxadan vurduğu ilə bağlı ictimai rəy yaradır.
İstəyirdilər ki, AXCP Türkiyənin mövqeyini dəstəkləsin.

Söylədikləri arqumentlərin bəziləri mənə inandırıcı gəlirdi.
Yanımdakı digər nümayəndə Əli Kərimli ilə şəxsən danışdıqdan sonra, Azərbaycanın rəsmi mövqeyinin müdafiə olunmasının tələb edildiyini bildirdi.
Telekanallardakı müsahibələrdə Türkiyə-Ermənistan arasında sərhədlərin açılmasının, Azərbaycana xəyanət olduğunun altı cızılaraq vurğulanmalıdır.

Açığı o zamankı Azərbaycan cəmiyyətinin siyasi şüuru, elə özümün də siyasi şüuru prosesi tam anlamağa yetərli deyildi.
Amma ilkin təcrübəni qazandım. Başa düşməyə başladım ki, hər şey sistemin daxilindədir.
Nə sistemin içinə, nə BMT-nin içinə sistemin istəmədiyi adamlar girə bilməz. Burada rollar var və və sən yalnız uğur qazanmaq istəyirsənsə sənə verilən rolu oynamalısan.

Ya da link bölümünə yerləşdirdiyim kimi davranmalısan. O zamankı Türkiyə kanalında etdiyim çıxışda arzulamışdım ki, erməni problemi Azərbaycan və Türkiyənin ortaq problemidir deyə birlikdə həll etməliyik.
İlham Əliyev və Ərdoğan bir-birilərinə qarşı addımlar atmamalı, bir olmalıdılar. Sonra belə də oldu.

İsrail də Azərbaycan və Türkiyə iqtidarlarının ortaq tərəfdaşıdır.
Azərbaycan və Türkiyə cəmiyyətləri də bir-birini söyməli deyil. Bizlik deyil, qarışmayaq.
O zaman Azərbaycan ictimaiyyətinə Türkiyəni söydürürdülər, indi də Türkiyə ictimaiyyətinə Azərbaycanı söydürürlər.

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor

Dövlətin etdiyinə baxın!

redaktor