İran, artıq açıqca görünür ki, hərbi və hərtərəfli dəstəklədiyi şiə Hüsilərin əli ilə İslamın beşiyi, sünni Səudiyyə Ərəbistanını götürüb də, oranı öz yeni Yəməninə çevirmək istəyir. Və bu yön məqsədində görünür ki, Məkkə, Kəbə, Mədinə müqəddəs İslam amillərini əsla nəzərə almır!
Bu ara, Səudiyyə Hüsi hücumları dövrü, bütün İran SEPAH tədbiri, taktikası və həm proksiləri, şəbəkələrində bizim Azərbaycanda, Türkiyədə çağırışlar bunu sübut edir. İranın SEPAH rejimi Xomeynizmin şiə ideologiyalı “inqilab ixracını” istənilən hərbi-sair yolla yaymaqdan əl çəkmir.
Niyə, Səudiyyənin hərbi müttəfiqləri Türkiyə və Pakistan münaqişəyə qarışmır? Görünür ki, bu məsələdə ABŞ-ın-Səudiyyənin əbədi hamisinin qərar, addımını gözləyirlər. Niyə ABŞ məsələyə müdaxiləni gecikdirir? Görünür ki, Hüsi hücum və dağıdıcılığının daha artmasını, İranın Səudi Ərəbistanı vurmaqda Hüsilərə dəstəyinin ərəb ölkələrinə və dünyaya daha açıq görsənməsini taktika seçib. İrana yeni hücumuna əsas üçün.
ABŞ İrana yeni hücuma
başlayacaq fikirlidirmi?
ABŞ prezidenti Trampın Nyu-Yorkda, BMT Baş Assembeleyadakı çıxışı zamanı dünya liderləri qarşıdında bəyanatını olduğu kimi, qeyd edim:
“Mənim, verməli olacağım vacib bir qərar var! İranla əvvəlkindən daha böyük bir ölkəni, bəlkə Yaxın Şərqdə və ya hətta dünyanın böyük birini yenidən qurmağa və yaratmağa imkan verən bir razılaşma əldə edəcəyikmi?! Əks halda, İslam Respublikasını (yəni rejimini) məhv edib, bunu tez bir zamanda edəcəyəm, və onlara bir daha insanları öldürmək və ölkələri məhv etmək kimi şansı verməyəcəyəm?” Yəni, ya bu rejim ölkəni sivil ölkə üçün təhvil versin, ya məhv edilməli!
Görünür ki, ABŞ prezidentinin BMT kimi dünya ali məclisində, dünya liderləri qarşısındakı bu çıxışı ciddidir. ABŞ-dakı ilkin seçkilər sonrası, İrana şiddətli quru müdaxilə ola bilər. Görünür, və bu ara, zaman da sübut edir, İranın SEPAH rejimi regiondakı siyasəti ilə başqa yol qoymur.
Səudiyyə kimi, İslamın beşiyi, Məkkə və Kəbə müqəddəs yerləri olan, müsəlman qardaşına dağıdıcı, məhv qəsdini təşkil edən, bunu kimə etməz? Bu rejim üçün müqəddəs nəsə varmı?
