24 C
Bakı
21 Sentyabr 2026 21:53
DünyaMuharibə

Zelenski Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması üçün şərt irəli sürüb

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın Ukraynanın enerji, vacib infrastruktur və ərzaq ixracına hücumlarını dayandırması şərtilə, Rusiyanın neft emalı zavodlarına zərbələrə son qoyulması mümkündür.

Zelenski özünün Telegram kanalında dərc olunmuş açıqlamada bildirib ki, “Ukraynanın enerji sektoru, vacib infrastrukturu və ərzaq ixracımız Rusiyanın hədəfi olmaqdan çıxmalıdır və bu, bizim tərəfimizdən müvafiq deeskalasiya addımlarına səbəb olacaq. Həll yolları mümkündür”.

Ukrayna prezidentinin sözlərinə görə, tammiqyaslı müharibənin nəticələri lap əvvəldən geniş yayılıb. O qeyd edib ki, münaqişə ölkəyə insan tələfatı və dağıntılar gətirir, eləcə də ərzaq təhlükəsizliyi və enerji təchizatı üçün təhdidlər yaradır və texnoloji inkişafı sürətləndirir.

“Ukrayna ilk andan sülhə can atıb. Biz artıq bu müharibəni ləyaqətlə başa vurmaq, təhlükəsizliyi təmin etmək və Rusiyanın gələcək müdaxilələrinin qarşısını almaq üçün onlarla diplomatik təklif irəli sürmüşük. Prezident (Donald) Tramp və ABŞ ilə dialoq hazırda davam edir”, – deyə Zelenski vurğulayıb.

Tramp daha əvvəlbildirmişdi ki, Rusiyanın Ukrayna ilə müharibə səbəbindən “dizel sənayesi üzərində nəzarəti itirib”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Moskva artıq arxa cəbhə deyil: Ukrayna zərbələri və yeni ABŞ sanksiyaları Rusiyaya təzyiqi artırır

redaktor

Netanyahunun ABŞ planları alt-üst oldu?

redaktor

Ramzan Kadırovun 100 faiz səs topladığı bildirilir

admin