25 C
Bakı
21 Sentyabr 2026 12:21
DünyaGündəmSiyasət

Ramzan Kadırovun seçkidə səslərin təxminən 100 faizini topladığı bildirilir

Rəsmi məlumatlara görə, Ramzan Kadırov Çeçenistan rəhbəri seçkisində səslərin 99.85 faizini qazanıb. Mərkəzi Seçki Komissiyası bu məlumatı bütün bülletenlər hesablandıqdan sonra yayıb.

“Ədalətli Rusiya” partiyasının namizədi, İctimai Palatanın sədri İsmayıl Denilxanov səslərin 0.05 faizini toplayıb. Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) namizədi, yerli deputat Xalid Nakayev də eyni nəticəni göstərib. Hər iki namizəd faktiki olaraq seçki kampaniyası aparmayıb.

AzadlıqRadiosunun rus xidməti yazır ki, 99.85 faizlik nəticə Kadırov üçün yeni rekorddur. Rəsmi məlumatlara görə, o, 2021-ci il seçkisində səslərin 99.7 faizini toplamışdı.

Seçki kampaniyası zamanı Kadırov respublikada fərqli düşüncəyə qarşı mübarizənin gücləndirilməsini tələb edib. Səsvermə günlərində “etibarsız” sayılan vətəndaşların saxlanması və qeyri-adi dərəcədə yüksək seçici fəallığı barədə xəbərlər yayılıb. Qroznı rəsmiləri seçici fəallığının 93ş98 faiz təşkil etdiyini və 825 min 348 nəfərin səs verdiyini bildiriblər.

Rusiyanın daha yeddi regionunda rəhbərlər birbaşa səsvermə yolu ilə seçilib. MSK-nın son məlumatlarına görə, onların hamısında hazırkı rəhbərlər və ya rəhbər vəzifəsini müvəqqəti icra edən namizədlər qalib gəlirlər. Onları bu posta prezident Vladimir Putin təyin edib.

Tuvada hazırkı rəhbər Vladislav Xovalıq (Vahid Rusiya) səslərin 90.95 faizini toplayıb. Mordoviyada isə protokolların 78.25 faizi emal edildikdən sonra Artyom Zdunov (Vahid Rusiya) 79.91 faiz səs qazanıb.

İki regionun rəhbəri isə birbaşa səsvermə yolu ilə deyil, yerli parlamentlərin deputatları tərəfindən seçilib. Qaraçay-Çərkəzdə Rəşid Temrezov, Şimali Osetiyada isə Sergey Menyaylo yenidən region rəhbəri postuna gətirilib. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Saakaşvili məhkəmədə Ukrayna himnini oxuyub

redaktor

“Daha 40 gün”: Zelenski Rusiya ilə bağlı cəsarətli bir açıqlama verdi

redaktor

Ruslar başlarını itiriblər, indi də bir-birilərini qırırlar

admin