Dünya yenə Trampın sərt diplomatik hərbi-siyasət şahmat lövhəsindən danışır! ABŞ lideri Danimarka və Qrenlandiya ilə Arktika üzrə misli görünməmiş təhlükəsizlik razılaşmasına vardıqlarını elan etdi. Tramp iddia edir ki, ABŞ Qrenlandiyanın təhlükəsizliyinə “daimi nəzarət” əldə edib və bu, Vaşinqton üçün “yuxunun çin olmasıdır”.
Bəs pərdəarxası nədir?
Adanın suverenliyi hələ də Danimarkada və Qrenlandiyanın özündə qalsa da, Vaşinqton istədiyinə nail oldu: Şimal Buzlu okeanının qapıları Çin və Rusiyanın üzünə qıfıllandı!
Artıq Qrenlandiyada heç bir qlobal rəqib ABŞ-ın sərt yazılı icazəsi olmadan hərbi baza qura və ya strateji sərmayə yatıra bilməz. Tramp adanı fiziki olaraq satın almasa da, onu Amerikanın “toxunulmaz strateji qalxanına” çevirməyi bacardı.
Arktika uğrunda qlobal mübarizə yeni fazaya keçir. Böyük oyunun şahidiyik! Sizcə, Vaşinqton bu addımla Şimalda hərbi monopoliyanı tam bərqərar edə bildimi?
