Rusiya Prezidenti Vladimir Putin bəzi Avropa liderlərinin Rusiya ilə müharibəyə hazırlıq barədə açıq danışdıqlarını bildirib.
“Məncə, onlar sadəcə iqtisadi və sosial siyasət səhvlərini ört-basdır etməklə düşən reytinqlərini xilas etməyə çalışırlar. Amma bu, çox yaxşı işləmir, kömək etmir.”
Eyni zamanda, o, Moskvanın “Avropaya qarşı heç bir aqressiv niyyəti olmadığını” vurğuladı.
Putin deyib: “Gəlin harmoniya içində yaşayaq, əks halda buna görə cavab verməli olacağıq; başqa yol qalmayacaq”.
O, həmçinin qeyd edib ki, nüvə triadası Rusiyanın suverenliyinin qarantı olaraq qalır.
