DünyaSiyasət

Zaxarova Paşinyana sərt cavab verib: “Sən kişisən, yoxsa qadın?”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın respublika ərazisində Rusiyanın 102-ci hərbi bazasının olması ilə bağlı açıqlamasına cavab verib.

Paşinyan əvvəllər Yerevanın bazanın mövcudluğunu vacib hesab etmədiyinibildirmişdi . O əlavə etmişdi ki, Ermənistan hakimiyyəti hələlik bazanın çıxarılması məsələsini qaldırmayıb, lakin Rusiyanın özü belə bir qərar verərsə, etiraz etməyəcək.

Baş nazir həmçinin qeyd edib ki, Moskva hərbi obyektin qorunmasında maraqlı olarsa, Ermənistan Rusiya bazasının mövcudluğunun davam etməsi məsələsini müzakirə etməyə hazırdır.

Buna cavab olaraq Zaxarova özünün Telegram kanalında Mixail Bulqakovun “İtin ürəyi” povestindən bir sitat paylaşıb: “Sən kişisən, yoxsa qadın?”

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda bağlanan qapı: İranda Ocaqnejat dövrünü arzulayırlar

redaktor

Günün əsas xəbərləri:

admin

Hörmüz böhranında Çinin əsas hesabı: İran yox, Tayvan

redaktor