20 C
Bakı
19 Oktyabr 2026 22:36
CəmiyyətHadisə

Böyrəyini satmaq istəyənə cərimə: Bəs onun dərdinə kim çarə tapacaq?

Bugünlərdə bir xəbər oxudum: “Böyrəyin satmaq istəyən şəxs 6000 manat cərimə olunub”.

Şəxs qərardan şikayətçi olduğunu bildirib. Deyib ki, himayəsində azyaşlı uşağı var və aldığı əməkhaqqının yarısını “Kapital Bank”a ödəyir.

Bilirəm ki, qanunvericilik insan orqanının maddi qarşılıq müqabilində satışını qadağan edir.

Amma böyrəyini satmaq istəyən adamı 6000 manat cərimələmək, “başqa orqanını sat, bu
cəriməni ödə” anlamına gəlmirmi?

İslah etməyin başqa yolu yoxdur? İndi bu “ədalətli qərar” həmin ailənin hansı dərdinə dərman olacaq?

Böyrəyin satmaq istəyirdi, bu qərarla ürəyi də xəstəlik tapacaq. Bir orqana görə qərar verdilər,  bütün orqanizm çökdü….

 

İlham Hüseyn

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor